Icma.az
close
up
RU
İki bankdan bir bank

İki bankdan bir bank

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bank sektorunda konsolidasiya, yəni bankların birləşməsi və ya bir bankın digərini satın alması məsələsi yenidən gündəmə gəlib. Verilən açıqlamaya görə, bankların konsolidasiya ilə bağlı qərarları ilk növbədə səhmdarların biznes strategiyası və kommersiya qərarları əsasında formalaşır. Tənzimləyici qurum isə belə proseslərin qanunvericiliyə və prudensial tələblərə uyğunluğunu qiymətləndirir.

Konsolidasiya bankların maliyyə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli ola bilər. İki bankın birləşməsi nəticəsində kapital bazası, müştəri portfeli və texnoloji imkanlar böyüyə, eyni zamanda inzibati və əməliyyat xərclərinin optimallaşdırılması mümkün ola bilər. Bu isə bankların daha geniş çeşiddə maliyyə məhsulları təqdim etməsinə şərait yaradar.

Ekspertlər hesab edirlər ki, belə proseslər bazar prinsipləri əsasında, bankların maliyyə vəziyyəti və riskləri hərtərəfli qiymətləndirilməklə həyata keçirilməlidir. Əks halda, sadəcə iki problemin birləşdirilməsi gözlənilən iqtisadi nəticəni verməyə bilər.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun dediyinə görə, birləşmənin nəticəsi iqtisadi vəziyyətdən asılıdır: "Azərbaycanda uğurlu bank birləşməsi təcrübələri mövcuddur. Buna "Bank of Baku", "Unibank" və "Kapital Bank"ı misal göstərmək olar. Bu birləşmələr bank sistemimizin inkişaf dövründə baş verib və uğurla nəticələnib. İnkişaf dövründə banklar birləşirsə, bu, onların daha da böyümək istəyi ilə bağlı olur. İndi isə bank sektorunda böhran dövrüdür. Bu zaman birləşmə böyümək istəyi ilə bağlı baş vermir. "Atabank" və "Caspian Development Bank"ın birləşməsində isə hər iki bank zəif bank idi və iflasla nəticələndi".

Ekspert qeyd edib ki, "Bank Respublika" ölkənin ən iri özəl banklarından biri olsa da, "Accessbank"ın vəziyyəti ilə bağlı eyni fikri demək olmaz: "Accessbank" da vaxtilə yaxşı banklardan biri idi, lakin milli valyutanın devalvasiyasından sonra bankın vəziyyəti xeyli pisləşdi, idarəetmədə problemlər oldu, sahibkarlara qarşı qanunsuzluqlar edildi. Hazırda "Accessbank" ən zəif banklardan biridir. Məlumdur ki, bankın xarici beynəlxalq səhmdarları çıxmaq istəyirlər".

Ə.Həsənov qoşulmadan sonra müştəriləri hər hansı təhlükənin gözləmədiyini desə də, bank əməkdaşları ilə bağlı oxşar nəticələri gözləmədiyini deyib: "AccessBank"ın "Bank Respublika"ya qoşulması ilə əmanət və kredit portfeli banka ötürüləcək və müştərilər üçün hər hansı təhlükə olmayacaq. Güman olunur ki, "Bank Respublika" "Accessbank"ı müəyyən güzəştli şərtlərlə satın alıb. Lakin təbii olaraq "Accessbank"ın xeyli işçisi ixtisar olacaq. Çünki bu qədər filial, departament və şöbələrin təkrarlanmasına ehtiyac yoxdur".

Ekspert vurğulayıb ki, qanuna əsasən, birləşmək istəyən banklar əvvəlcədən bunu elan etməlidir. Hər iki bankın səhmdarları ümumi yığıncağa toplaşmalı, qərar verməlidirlər. Yalnız 3/4 səs çoxluğu ilə qərar vermək olar. Bankların borcu varsa, onlara məlumat verilməlidir. Bundan sonra kreditorlar borcları hətta vaxtından əvvəl tələb edə bilərlər. Əlavə olaraq, bunun nəticəsində kreditorlara dəyən zərər də ödənməlidir. Amma bu gün birləşməsi haqqında söhbət gəzən banklar heç əmanətləri qaytara bilmirlər. Birləşmə təklifi bankların özündən gəlmir, onlar sadəcə məcbur edilir: "Qanuna görə heç bir bank Mərkəzi Bankın razılığı olmadan birləşə bilməz. Qeyd edim ki, bundan sonra bu funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirəcək. Mərkəzi Bank bu bankların birləşməsini istəyirsə, bu o deməkdir ki, bankların ikisini də sağlam hesab edir, başa düşür ki, bu bankların kiməsə borcu varsa, gəlib vaxtından əvvəl tələb edə bilər".

Onun sözlərinə əsasən, birləşən banklar bütün əmlaklarını, kreditlərini və əmanətlərini birləşdirməlidirlər, bu prosesə aylarla, bəzən bir ilə qədər vaxt lazımdır: "Tutaq ki, A Bankı 200 milyon kredit verib, B bankının isə 150 milyon krediti var. Amma bu bankların kapitallarında müəyyən fərqlər var. Bu o deməkdir ki, bu banklar əmlaklarını, kreditlərini birləşdirməlidir. Məsələn, indi A bankı deyir ki, mən 200 milyon kredit vermişəm, mən daha güclü bankam, ona görə birləşmiş bankda mənim səhmdarlarımın sayı daha çox olmalıdır. Mən hələ təkcə verilən kreditlərdəki fərqi deyirəm, buraya daşınan və daşınmaz əmlak, əmanətlər, filialların sayının da əlavə etmək lazımdır. Sadə dildə desək, A bankı deyir ki, mən səndən varlıyam, mənim payım çox olmalıdır. O biri deyir ki, nə olsun sənin əmlakın çoxdur. Binan köhnədir, avtomobillərin köhnədir, mənim avtomobilim az olsa da, ən yaxşı markadır. Yaxud deyəcək ki, sən 200 milyon kredit versən də, o kreditlərin çoxu qayıtmayacaq, amma mən az kredit versəm də, onun əksər hissəsi qayıdacaq. İndi görün birləşmə zamanı bu banklar bir-biri ilə nə qədər mübahisə etməli, müzakirə aparmalı, qiymətləndirmə keçirməlidir. Ekspert, hüquqşünas, qiymətləndirici cəlb olunmalı, qiymətləndirmədən sonra müəyyənləşməlidir ki, kimin payı nə qədər olmalıdır. Bunu bir ay ərzində etmək mümkün deyil, banklar qarşısında bu tələbi qoymaq ən yüksək səviyyəli qeyri-peşəkarlıqdır".

Ekspert baxımından əsas məsələ birləşmələrin sayından daha çox, bu proseslərin nəticəsində hansı keyfiyyətdə bankların formalaşmasıdır. Sağlam konsolidasiya bankların kapital və texnoloji imkanlarını artıra, xidmətlərin səmərəliliyinə və maliyyə sabitliyinə töhfə verə bilər. Bununla yanaşı, bazarda rəqabətin qorunması və risklərin həddindən artıq bir neçə böyük bankda cəmlənməsinin qarşısının alınması da vacibdir.

İqtisadçı ekspert Ramil Abbasov hesab edir ki, bankların birləşdirilmsi adətən təkcə aktivlərin, kredit portfellərinin və müştəri bazalarının birləşdirilməsi demək deyil. Eyni zamanda iki bankda paralel fəaliyyət göstərən departamentlərin, rəhbər vəzifələrin, back-office funksiyalarının və filial şəbəkəsinin gələcək taleyi də maraq doğurur:

"İki bank vahid struktura çevrildikdə insan resursları, maliyyə, hüquq, risk, audit, marketinq, IT və digər inzibati sahələrdə bir-birini təkrarlayan funksiyaların olması qaçılmazdır. Beynəlxalq təcrübədə də, belə birləşmələrdən sonra struktur və xərclərin optimallaşdırılması tez-tez müşahidə olunur və ixtisarlar adətən 10-15% təşkil edir. Təbii ki, az da olsa ixtisar olmayan və ya müəyyən bir müddətə ixtisar olmayacağı barədə öhdəlik götürən banklar da olub".

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bankların konsolidasiya ilə bağlı qərarları, ilk növbədə, onların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır. Mərkəzi Bankın rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. "Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün hər hansı konsolidasiya prosesi qanunvericiliyə uyğun olaraq yalnız Mərkəzi Bankın razılığı tələb edilən mərhələyə çatdıqda, Mərkəzi Bank tərəfindən məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir. Mümkün konsolidasiya proseslərində əsas prioritet maliyyə sabitliyinin qorunması, bankların dayanıqlığının gücləndirilməsi və sağlam rəqabət mühitinin saxlanılmasıdır. Konsolidasiya nəticəsində ayrı-ayrı bankların bazar payının artması sistem əhəmiyyətinin və risk konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan belə proseslərin maliyyə sabitliyinə mümkün təsirləri diqqətdə saxlanılır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see331

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see237

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see202

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see163

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see162

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri