Icma.az
close
up
RU
İki ciyərlə nəfəs almaq

İki ciyərlə nəfəs almaq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Həssas dövrdür! On illərin beynəlxalq düzəni yenidən formalaşır. Geosiyasət kəfgiri Şərqə meyillənir. İqtisadi, hərbi təhlükəsizlik axtarışında olanlar vektoru ABŞ-dan Çinə çevirmə düşüncəsində, sanki yolayrıcında gözləmədədir.

Belə bir məqamda Azərbaycan uğurlu xarici siyasət sərgiləyir. Təhlükəsizlik baxımından dünyanın ən həssas coğrafiyalarının birində yerləşib dünya gücləri ilə dil tapmağın başqa adı yoxdur. Bu, ciddi uğurdur, görməyən kor, görmək istəməyən qərəzlidir.

Dəyərlərə, prinsiplərə sadiqliyin sınaq dövrüdür həm də. Dünyanın tramplaşdığı, putinləşdiyi zamanda simanı qorumaq çətindir. Bu sınaqdan hansı ölkələrin çıxacağını zaman göstərəcək. Başqa söhbətdir, qalsın sonraya.

Bəs dövlət quruculuğunda tək uğurlu xarici siyasət yetərlidirmi?

Gün kimi aydındır ki, dövlətin təhlükəsizliyinə, inkişafına uğurlu xarici siyasətlə yanaşı aparılan uğurlu daxili siyasət etibarlı qarant ola bilər. Hər iki ciyəri ilə nəfəs alandır güclü dövlət!

Oturub düşünürsən: belə uğurlu xarici siyasət yürüdən ağıl, yüz illərin tarixi erməni problemini həll edib xanlıq dövründən sonra sahibliyi əlindən alınan Qarabağı Azərbaycana qaytaran iradə niyə uğurlu daxili siyasət yürütməsin; neçə yüz ilin nəhayətində öz sərvətinə yiyələnən ölkədə niyə insan hüquqları, azadlıq və ədalət təməlində rifah cəmiyyəti yaratmasın; bu qədər imkan, fürsət varkən yüz illərə hesablanan köklü dövlət qurmasın?!

Dövlətin gücü onun vətəndaşla arasında qarşılıqlı inam, etibar, etimad qura bilməsindədir. Varmı bu etimad? Cavabı hələ neçə il qabaq dövlət-vətəndaş münasibətlərindən bəhs edən ”Güvən mənə, inanım sənə” yazısında yazmışam, bir də təkrarlamayım.

Yürüdülən daxili siyasət yarıtmazdır. Hüquqa, haqqa, ədalətə söykənmir. Bunu heç kim dana bilməz, ölkədə yaşayan hər kəs bilir, görür, yükü çiynində, ağrını qəlbində daşıyır.

Neft bumu yaşamış ölkənin vətəndaşı yoxsul, ümidsiz olmamalıdır, xoşbəxtliyi xarici ölkələrdə axtarmamalıdır! Dövlət danışan dilləri kəsməməlidir. Hüququnu tələb edən vətəndaşla zorakı davranmamalıdır. Haqq söz deyən fəalları həbs etməməlidir.

Şəxsən tanıdığım, vətən, millət sevgisinə iynə ucu şəkk etmədiyim, ölkənin ən vicdanlı şəxslərindən saydığım neçə ictimai-siyasi fəal, jurnalist həmkarım həbsdə, istintaq altındadır. Onlar SÖZ üstündə incidilir. Hansını deyim! Bir deyil, beş deyil, əlli beş deyil! Hələ gənc jurnalist xanımlar. Nə vaxtdan biz xanımları SÖZə görə həbsə atan olmuşuq?

Uğurlu daxili siyasət budur: mətbuatımızın 150 illiyi ərəfəsində həbsdə olunan jurnalistlər, haqq SÖZ üstündə tutulan fəallar azad edilir; dövlətin bütün strukturlarında hüquq, ədalət SÖZ sahibi olur; milli sərvətlərdən gələn gəlirlərə təzə doğulan körpəsindən ahıl qocasınadək bütün vətəndaşların haqqı tanınır.

Daxili siyasət də xarici siyasət kimi uğurla yürüdülsün! Azərbaycan hər iki ciyəri ilə nəfəs alsın! Başqa arzum, istəyim yoxdur!

Vahid Qazi, aprel, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri