Icma.az
close
up
RU
İki dəqiqəyə kibertəhlükəsizlik: Etibarlı müdafiə üçün Kasperskydən sadə tövsiyələr

İki dəqiqəyə kibertəhlükəsizlik: Etibarlı müdafiə üçün Kasperskydən sadə tövsiyələr

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün kibertəhdidlər uşaqlardan tutmuş yaşlılara qədər internet istifadəçiləri üçün daha da aktuallaşır. İnterpolun #ThinkTwice informasiya kampaniyası çərçivəsində Kaspersky kibertəhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracaq beş sadə və əlçatan tövsiyə hazırlayıb.

Bizimyol.info şirkətə istinadən xəbər verir ki, bu tövsiyələr gündəlik həyatda asanlıqla tətbiq edilə bilər və ən geniş yayılmış təhdidlərdən etibarlı qorunma təmin etməyə kömək edəcək. Şəbəkədə effektiv müdafiəyə nail olmaq üçün beş addımı təqdim edirik:

Şifrələri avtomatlaşdırın

Hər bir sayt və tətbiq üçün ən azı 12 simvoldan ibarət unikal şifrələr yaradın. Şifrələri təhlükəsiz şəkildə saxlamaq, eləcə də onları avtomatik yaratmaq və daxil etmək üçün şifrə menecerlərindən istifadə edin. Bununla məlumat sızma riskini etibarlı şəkildə minimuma endirə bilərsiniz.

İkiqat yoxlamanı aktivləşdirin

İkimərhələli autentifikasiya (2FA) hesaba daxil olmaq üçün birdəfəlik kod tələb edərək əlavə müdafiə səviyyəsi təmin edir. SMS kimi təhlükəsizlik səviyyəsi daha aşağı olan metodlar əvəzinə kodların yaradılması üçün autentifikasiya tətbiqlərindən istifadə edin.

Linklər və əlavələrə qarşı diqqətli olun

Tanımadığınız şəxslərdən gələn linkləri və ya faylları açmayın. Hesabların oğurlanmaq ehtimalını azaltmaq üçün hətta tanışlardan gələn gözlənilməz mesajları təkrar yoxlayın.

Avtomatik yeniləmələri aktivləşdirin

Sistemlərin və tətbiqlərin müntəzəm yenilənməsi təcavüzkarlar tərəfindən istifadə edilə biləcək boşluqları aradan qaldırır. Yalnız rəsmi mənbələrin təqdim etdiyi yeniləmələrə etibar edin.

Paylaşımlarınıza nəzarət edin

Onlayn paylaşılan məlumatlar sizə qarşı istifadə oluna bilər. Sosial şəbəkələrdə paylaşımlarınızın əlçatanlığını məhdudlaşdırın və məxfilik parametrlərinizi tənzimləyərək riskləri minimuma endirin.

"Kibertəhdidlər gündəlik həyatımızın bir hissəsinə çevrilir və hər kəs əsas təhlükəsizlik tədbirlərinin əhəmiyyətini anlamalıdır. Məqsədimiz kibertəhlükəsizliyi hamı üçün əlçatan və sadə etməkdir. Bu tövsiyələr istifadəçilərə çox vaxt və ya resurs sərf etmədən ən geniş yayılmış təhdidlərdən müdafiəyə imkan verəcək", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Avtomatlaşdırma təhlükəsizliyin açarıdır

Bu tövsiyələrə əməl etmək “Kaspersky Premium” kimi kompleks həllərdən istifadə ilə daha asandır. Tətbiq şifrələrin idarə olunmasını, yeniləmələri, fişinqdən müdafiəni və məlumat sızmalarının monitorinqini avtomatlaşdırır.

Kibertəhlükəsizliyi elə bu gündən həyatınızın bir hissəsinə çevirin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri