Icma.az
close
up
RU
İki gün Zakir ocağında

İki gün Zakir ocağında

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Raqub KƏRİMOV
Professor

Bu il martın 8-də, başda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli olmaqla, bir qrup əməkdaşla Qasım bəy Zakir ocağını ziyarət üçün Ağdam rayonuna səfər etdik. Heyətimiz Xalq şairi Sabir Rüstəmxanlı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, həmin İnstitutun "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi" şöbəsinin müdiri, elmlər doktoru, professor Raqub Kərimov və memar Elçindən ibarət idi. Səfərdə məqsəd Qasım bəy Zakirə məxsus Xındırıstan kəndində şairin şərəfinə park salıb, onun ev-muzeyinin yerini müəyyənləşdirmək və konfrans keçirmək idi.

Nümayəndə heyətini Ağdam şəhərinin kiçik modeli və rəmzi paytaxtı olan Quzanlı qəsəbəsində (buranı şərti olaraq mini şəhər də adlandırmaq olar) icra başçısı Vaqif Həsənov qarşıladı. Özü də necə qarşıladı - gülər üzlə, xoş aurayla, bir dünya sevinclə. Elə bil çoxdan üzlərinə həsrət qaldığı əzizlərini qarşılayırdı. Bu səhnəni görən bəndəniz gözlərinə inana bilmirdi. Çünki ömründə müxtəlif məsələlərlə bağlı dəfələrlə bir neçə katib və icra başçıları ilə görüşündə hər dəfə onların hüzuruna gedəndə Sabir Rüstəmxanlının vaxtilə onlar haqqında peyğəmbərcəsinə dediyi "kiçik padşahlar" ifadəsinin canlı şahidi olmuş, bu "padşahların dərgahından" məyus və əliboş qayıtmışdı. İndi isə tamamilə başqa bir səhnənin şahidi olub, inana bilmirdi ki, qarşısında dayanaraq söhbət etdiyi, fikirlərini bölüşdüyü humanist təbiətli, vətəninin, xalqının qeyrətini çəkən, başçılıq etdiyi regionda barış, ehtiram, insanlara qayğı kimi ali hisslərə malik bir şəxsdir. Onun həlim və mehriban baxışları, nurlu siması, gülər üzü, xoş aurası, Qasım bəy Zakirdən ehtirasla, sevgi və məhəbbətlə danışması insanı heyran edirdi. İcra başçısının Qasım bəy Zakirdən ehtirasla, sevgi və məhəbbətlə danışması da məni valeh etdi. Hiss olunurdu ki, V.Həsənov da Zakir haqqında geniş məlumata malikdir və şairin keçdiyi ömür yoluna, onun ədəbiyyatımızın xəzinəsinə bəxş etdiyi zəngin ədəbi irsinə yaxşı bələddir.

Ertəsi günümüz Ulu öndər Heydər Əliyevi yadetmə mərasimi ilə başlandı. Bu dahi insanın heykəli önünə gül dəstələri qoyaraq onu ehtiramla yad edib, sanki onun xeyir-duasını aldıqdan sonra Zakirin ev-muzeyinin tikiləcəyi məkana gəldik. Burada İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış möhtəşəm abidənin aşağı hissəsində salınmış qədim bağda yeni fidanlar əkmək üçün ayrılmış yerdə ağacəkmə aksiyası həyata keçirildi. İlk fidanı icra başçısı ilə akademik İsa Həbibbəyli əkdi. Sonra isə heyət üzvləri buraya gətirilmiş ağac və gül kollarını böyük fərəhlə əkdilər. Burada iştirak edən hər bir insanın üzündə sevincdən yaranan təbəssüm oxunurdu. Təkcə biz - qonaqlar deyil, qısa müddət ərzində buraya toplaşan qoca, ahıl, cavan və uşaqlar da sevinclərini gizlədə bilmir, sanki möhtəşəm bir el şənliyində iştirak edirdilər. Aksiya sona çatdıqda rayonun icra başçısı böyük sevinclə bizi oraya toplaşan insanlara təqdim etdi, onun dəvətini qəbul edərək gəldiyimizi dedi, şənimizə xoş sözlər söylədi və sonda dəvəti qəbul edib gəldiyimizə görə bizə öz dərin təşəkkürünü bildirdi.

Nümayəndə heyətinin başçısı, akademik İsa Həbibbəyli icra başçısının çıxışına cavab olaraq təşəkkürünü bildirdi və üzünü bizi əhatə edən camaata tutaraq Qasım bəy Zakir haqqında xoş sözlər söylədi, qısaca olaraq onun ədəbiyyatımız tarixində tutduğu mövqeyi şərh etdi və gəlişimizin məqsədini onlara açıqlayaraq ümumrespublika səviyyəli belə bir işin əsas təşəbbüskarı olan Vaqif müəllimə eyni səmimiyyətlə təşəkkür etməyi də unutmadı.

Hələ ölkəmizin başı üstündən qara yellər əsdiyi zaman qeyrətli vətən oğlu kimi mübarizə meydanına atılan və dəfələrlə həyatı təhlükə qarşısında qalsa da, öz məramından dönməyən, həmin anlardan xalqın yaddaşına mətin iradəli şəxsiyyət kimi daxil olmuş Sabir Rüstəmxanlı özünün dərin məzmunlu çıxışı ilə mərasimə toplaşanları Zakirin ev-muzeyinin yerinin müəyyənləşdirilməsi və buradakı bağda abadlıq, ağacəkmə işlərinin görülməsi münasibətilə təbrik etdi.

Sonra Zakirin nəsil şəcərəsinin davamçısı, el-obanın dərin hörmətini qazanmış el ağsaqqalı Bəhram həkim çıxış edərək gələn qonaqlara, bu mərasimə toplaşan camaata öz dərin təşəkkürünü bildirdi.

Qasım bəy Zakirə həsr olunmuş elmi konfrans qəsəbənin klubunda keçirildi. Konfransı giriş sözü ilə icra başçısı V.Həsənov açdı və Zakirin ədəbiyyatımızdakı mövqeyi, şairin həyat və yaradıcılığı, eləcə də onun şərəfinə tikiləcək ev-muzeyi haqqında məlumat verdi. Çıxışının sonunda o, bu münasibətlə Bakıdan gələn Zakirsevərlərə öz dərin təşəkkür və minnətdarlığını bildirdi.

Konfransın aparıcısı növbəti sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə verdi. İsa müəllim Qasım bəy Zakir haqqında geniş məruzə edərək onun ədəbiyyatımız qarşısındakı xidmətlərindən, ictimai satiranın formalaşmasında oynadığı misilsiz rolundan söhbət açdı və demək olar ki, şairin çoxşaxəli yaradıcılığının qısa da olsa bütün sahələrinə toxundu. Çıxışının sonunda akademik görülən tədbirləri yüksək qymətləndirilərək icra başçısı Vaqif Həsənova və bu işdə əməyi olan hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

Tribunaya qalxan şair Sabir Rüstəmxanlı indiyə qədər Zakirin heç bir yerdə heykəli, yaxud büstü qoyulmadığını təəssüflə qeyd edərək bildirdi ki, belə ustad şairin heykəlini Vaqifin məqbərəsi ilə qoşa görmək istərdi. Daha sonra o, Prezidentimizin diqqət və qayğısı altında Ağdam şəhərində gedən böyük inşaat işlərindən danışdı (Sabir müəllim səhər tezdən Ağdam şəhərinə gedib oradakı quruculuq işləri ilə tanış olmuşdu). Çıxışının sonunda şair ibrətamiz, vətənpərvər məzmunlu şeiri ilə iştirakçıları feyzyab etdi.

Millət vəkili Bəxtiyar Əliyev konfransda Zakirin yaradıcılığında dövlətçilik ənənəsindən, şairin ana dilimizin saflaşdırılmasından bəhs edərək Firudin bəy Köçərlinin onun dili haqqında söylədiyi fikirlərdən, şairin ictimai mövzulu şeirlərindən söhbət açdı.       

Lal axan çaylar kimi sakit və təmkinli görünən Teymur Kərimli nitqini Zakirin məşhur:  

Ehtiyatım yoxdur paşadan, xandan,

Analar doğubdur şiri-nər məni.

- misraları ilə başladı, nüfuzedici, asta və məlhəm çıxışı ilə auditoriyanı sehrləyib ələ aldı. Sinədəftər alim şairin şeirlərini özünəməxsus ustalıqla dinləyicilərə ərməğan etdi və bu qiymətli hədiyyələrin əvəzi olaraq onlardan alqışlar eşitdi. Teymur müəllim çıxışında Zakirin ədəbiyyatımızdakı mövqeyini özünə məxsus məharətlə dinləyicilərə açıqladı və şairin ədəbi irsindən gətirdiyi şeir nümunələri ilə dinləyicilərə qaranlıq qalan mətləbləri izah etdi.

Mən isə "Zakir və müasirləri" mövzusunda çıxış edərək onun M.F.Axundov, Cəfərqulu xan Nəva və digər müasirləri ilə münasibətlərini yeni baxışla şərh etdim, Zakirlə Vaqifin yaradıcılığının oxşar və fərqli cəhətlərinə aydınlıq gətirməyə çalışdım. Çıxışımda həmçinin Sabir Rüstəmxanlının sözünə qüvvət olaraq Zakirin büstünün Şuşanın görkəmli yerlərindən birində qoyulmasını və hər il Vaqif kimi onun da poeziya günlərinin keçirilməsi arzumu söylədim. Təklifim auditoriya tərəfindən alqışla qarşılandı. Sonra müəllifi olduğum "Zakir və müasirləri", "Sədi Sani Qarabaği", "Abdulla bəy Asinin həyat və yaradıcılığı", "XIX əsr Qarabağ şairlərinin şeir antologiyası" və digər kitablarım haqqında ictimaiyyətə məlumat verib, həmin kitabları Ağdam rayon icra hakimiyyətinə hədiyyə etdim.

Konfransda Zakirin oğlu Nəcəfqulu bəyin nəsil davamçısı - onun kötücəsi, Ağdam rayonunun tanınmış ziyalılarından olan Bəhram həkim çıxış edərək konfrans iştirakçılarına, rayon rəhbərliyinə, gələn qonaqlara və bu işdə zəhməti olan hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

Tədbir konsert proqramı ilə başa çatdı.

Zakir ocağının qonağı olduğumuz bu iki günü sevinclə, fərəhlə yaşadıq və elə həmin hisslərlə də Bakıya qayıtdıq. Ruhun şad olsun, böyük sənətkar!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see249

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see141

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see115

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see114

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see114

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see113

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see111

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see111

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see110

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see110

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see110

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri