Icma.az
close
up
RU
“İran idarəçiliyi Pezeşkian ətrafında mərkəzləşir” Yeni model

“İran idarəçiliyi Pezeşkian ətrafında mərkəzləşir” Yeni model

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu, sistemin daxili sarsıntılara yol verməmək və vahid komanda mərkəzindən hərəkət etmək iradəsini nümayiş etdirir

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik və ABŞ-İran qarşıdurmasının dərinləşməsi fonunda Tehranda təhlükəsizlik və idarəetmə mexanizmləri fövqəladə rejimə keçib. ABŞ Prezidenti Donald Trampın yanvarın 23-də Amerika hərbi donanmasının İranın yaxın sularına doğru hərəkət etdiyini bəyan etməsi mümkün hərbi eskalasiya ehtimalını artırıb.

Bu şəraitdə “The Jerusalem Post” İranın Ali rəhbəri Əli Xameneinin mümkün ABŞ zərbəsi ilə bağlı xəbərdarlıqlardan sonra Tehranda yerləşən yeraltı bunkerdə gizləndiyini yazır. Bildirilir ki, onun oğlu Məsud Xamenei ali rəhbərin gündəlik fəaliyyətini koordinasiya edir və icraedici strukturlarla əsas əlaqə rolunu oynayır.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında İranda idarəetmənin mərkəzləşdirilməsinin mövcud çoxsaylı problemlərin daha asan nəzarətdə saxlanmasına xidmət etdiyini söyləyib:

"İranın dövlət idarəçiliyində hazırda müşahidə olunan mərkəzləşmə ölkənin üzləşdiyi çoxşaxəli böhranların idarə olunması zərurətindən qaynaqlanır. Prezident Məsud Pezeşkianın icraedici hakimiyyət orqanları ilə hərbi-təhlükəsizlik strukturları arasında əsas əlaqələndirici kimi ön plana çıxması da bu zərurətlə bağlıdır.

ABŞ Prezidenti Donald Trampın yanvarın 23-də Amerika hərbi donanmasının-“armada”nın regiona doğru hərəkət etdiyini bəyan etməsi Vaşinqtonun Tehran üzərindəki psixoloji və hərbi təzyiqini pik həddə çatdırıb. Bu açıqlama bölgədə gərginliyi daha da artırıb. Belə bir şəraitdə Pezeşkianın gündəlik dövlət işlərinin koordinasiyasını öz üzərinə götürməsi idarəetmədə yeni mərhələdən xəbər verir. Bu addım rəsmi Tehranın xarici təhdidlər və daxili narazılıqlar qarşısında idarəetmə mexanizmlərini “fövqəladə rejim”ə keçirdiyini göstərir. Bu yanaşma dövlət aparatının funksionallığını sığortalamaq məqsədi daşıyır. Eyni zamanda strateji qərarların icrasını sürətləndirmək üçün atılmış praqmatik addım kimi qiymətləndirilir".

Analitik Tramp administrasiyasının nümayiş etdirdiyi hərbi qətiyyətin əslində “Razılaşma Sənəti” doktrinasının tərkib hissəsi olduğunu bildirib:

"Bu yanaşma rəqibi ən dar diplomatik küncə sıxışdırmaq məqsədi güdür.

İran rəhbərliyi isə buna cavab olaraq hərbi bölmələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Paralel olaraq Pezeşkian vasitəsilə mülki və hərbi idarəetmə arasındakı sinxronluğu təmin edib.

Prezidentin bu kritik məqamda kordinator rolunu üzərinə götürməsi ona mühüm imkanlar yaradır. O, həm daxili sabitliyi qorumaq, həm də Vaşinqtondan gələn hərbi-siyasi siqnalları təhlil edərək çevik reaksiya vermək imkanı əldə edir.

Bu mənzərədə idarəetmənin Pezeşkianın ətrafında cəmləşməsi təsadüfi deyil. Bu, sistemin daxili sarsıntılara yol verməmək və vahid komanda mərkəzindən hərəkət etmək iradəsini nümayiş etdirir.

Bölgədəki hərbi gərginlik və diplomatik qeyri-müəyyənlik fonunda İranın yeni idarəetmə arxitekturası diqqət çəkir. Bu model Vaşinqtonla mümkün “böyük saziş” və ya potensial hərbi toqquşma ehtimalına qarşı sistemin adaptasiya qabiliyyətini göstərir.

Pezeşkian hökuməti bir tərəfdən daxildəki iqtisadi və sosial gərginliyi yumşaltmağa çalışır. Digər tərəfdən isə xarici hərbi təzyiqi neytrallaşdırmaq üçün dövlətin bütün resurslarını bir nöqtəyə yönəldir".

Ekspert yaxın günlərdə ABŞ donanmasının bölgə sularına daxil olması ilə strateji şahmatın daha da mürəkkəbləşəcəyini deyib:

"Bu zaman Tehranın tətbiq etdiyi kordinatorluq modeli həm daxili, həm də xarici sınaqlardan keçəcək. Bu prosesin nəticəsi regionda əhlükəsizlik balansının formalaşmasını müəyyən edə bilər. Alternativ olaraq mövcud qarşıdurma yeni bir müstəviyə keçə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri