İki günə Ermənistanın taleyi həll olunacaq Avetis
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Rusiya Ermənistandan qisas almaq, onu məhv etmək istəyir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni heykəltəraş Vigen Avetis deyib.
“İki gün ərzində Ermənistanın mövcudluğu və ya yoxluğu məsələsi həll olunacaq. Bu, bizə qarşı ölüm-dirim müharibəsidir”, - o bildirib.
Avetisin sözlərinə görə, Moskva Rusiyada yaşayan erməniləri Baş nazir Nikol Paşinyanın pis insan olduğuna inandırıb:
“Onlar ölkəni məhv etmək üçün zombilər kimi bir yerə toplaşıblar”.
Erməni heykəltəraş əmindir ki, xalq artıq Rusiyanın köləsi olmaq istəmir, buna görə də iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistanın müstəqilliyinə səs verəcək:
“Biz Ermənistanı 2018-ci ildə Serj Sərkisyan və Robert Köçəryanın KQB rejimindən qurtardıq. Robert Köçəryan özünü xilas etməyə çalışır. Bütün erməni xalqı Köçəryanı lənətləyir, qarşıdakı qüvvə isə onu baş nazir etmək istəyir. Amma erməni xalqı buna imkan verməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 05 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















