Gələn həftə Ermənistanın KTMT də taleyi həll olunacaq Rusiya XİN
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
KTMT Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum etmək qərarına gələ bilər.
"Yeni Sabah" xəbər TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
O qeyd edib: "Ermənistan 2 ildən çoxdur ki, üzvlük haqqını ödəmir, ona görə də məsələyə yenidən baxıla və üzvlüyün müvəqqəti dayandırılması, daha dəqiq desək, üzvlük haqqı ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edilə bilər. Bu, nizamnamədə, konkret bir maddədə nəzərdə tutulan sırf texniki məsələdir. Dördpendirli pizza
Beləliklə, belə bir nəticə mümkündür, amma bu, prezidentin qərarından asılıdır".
Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır:
"KTMT zirvəsi, ondan əvvəl xarici işlər və müdafiə nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin üçtərəfli görüşü keçiriləcək. Ermənistan məsələsi ən vacib olmaya bilər, amma ictimaiyyət üçün ən maraqlı ola bilər, çünki KTMT əməkdaşlıq, ortaq vəzifələr və məqsədlər haqqındadır. Düşünürəm ki, bu məsələyə baxılacaq".
Xatırlatma: KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 06 Noyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















