Icma.az
close
up
RU
İki hədəflə bağlı yeni plan təqdim olundu: İran tövsiyə edib? Gizli razılaşma

İki hədəflə bağlı yeni plan təqdim olundu: İran tövsiyə edib? Gizli razılaşma

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı səsləndirdiyi bəyanatlar diqqət çəkdi. Ağ Ev rəhbəri Yəməndəki husilərə qarşı hava hücumlarının dayandırılacağını açıqladı.  

Trampın sözlərinə görə, husilər təslim olduqlarını bildiriblər və ABŞ gəmilərinə hücum etməyəcəklərini açıq şəkildə bəyan ediblər. ABŞ və husilər arasında vasitəçi rolunu oynayan Omanın xarici işlər naziri Bədr bin Həməd əl Busaidinin sözlərinə görə, tərəflər qarşılıqlı olaraq bir-birinə hücum etməyəcəklərinə və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcəklərinə dair razılığa gəliblər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ və husilər arasında əldə olunan barışığa bir neçə amil təsir etmiş ola bilər:

“İlk növbədə, İsrail-ABŞ birliyi hazırda HƏMAS və “Hizbullah”ı zəiflətmək üçün yeni plan üzərində işləyir. Trampın hakimiyyətə gəlməsindən sonra Qəzza bölgəsinin tamamilə boşaldılması və əhalinin köçürülməsi ilə bağlı plan təqdim edilib. İsrail paralel olaraq HƏMAS və “Hizbullah” mövqelərinə güclü zərbələr endirir. Belə bir şəraitdə Vaşinqton və Təl-Əviv əlavə bir cəbhə açmaq, yəni husilərlə münaqişə yaşamaq istəmirlər.

Husilər hər nə qədər təkzib etsələr də, İsrail və ABŞ-la bu barədə gizli razılaşmanın mövcudluğu istisna edilmir. Barışığın ikinci əsas səbəbi Amerikanın ticarət gəmilərinə qarşı həyata keçirilən davamlı hücumlardır. Bu təhlükəni aradan qaldırmaq üçün Vaşinqtonun qarşısında iki seçim var idi: ya Yəmənə qurudan müdaxilə etmək, ya da husilərlə barışığa nail olmaq. Tramp isə yeni bir müharibəyə başlamaq niyyətində deyil.


Zeynal Əmrəliyev 

Mövcud müharibələri bitirmək Ağ Ev rəhbərinin seçki kampaniyasının əsas tezislərindən biridir. Yeni bir hərbi qarşıdurma onun nüfuzuna mənfi təsir göstərə və ABŞ-ın Çinlə iqtisadi rəqabətində əlavə maliyyə yükü yarada bilər. Rəqiblər isə belə bir vəziyyətdən məharətlə istifadə etməyə çalışacaq”.

Politoloqun sözlərinə görə, husilərin əsas dəstəkçisi olan İranın qruplaşmaya ABŞ-a qarşı hücumları dayandırmağı tövsiyə etdiyi də ehtimal olunur:

“Husilərlə qarşıdurma Vaşinqton ilə Tehran arasında aparılan danışıqlara mənfi təsir göstərir. Bu razılaşma eyni zamanda İsrailin planlarına da zərbə vurur.

İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ABŞ-İran yaxınlaşmasının baş tutmasını istəmir və bu səbəbdən Tehranın proksi qüvvələrinə xüsusi önəm verir. Husilərlə əldə olunan barışıq gələcəkdə ABŞ-İran münasibətlərinin normallaşması üçün də zəmin yarada bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see133

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see128

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri