Kiyevlə bağlı gizli plan İki ölkənin adı çəkilir
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir neçə Avropa ölkəsi gizli şəkildə Ukraynaya qoşun yeritmək planı hazırlayır.
Turkustan.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, bu yolla Avropa Rusiya ilə gələcəkdə istənilən sülh sazişinin həyata keçirilməsinə ümid edir:
“Onlar ABŞ-ın təhlükəsizlik prioritetlərinin dəyişməsindən narahat olmağa başlayıblar. Buna görə də plan üzərində sakitcə işləyirlər. Əsas səylərə Böyük Britaniya və Fransa rəhbərlik edir”, – nəşr yazıb.
İddialara görə, əraziyə 30-40 min döyüşçü yerləşdirilə bilər, amma bu, gələcək sülh sazişinin şərtlərindən asılı olacaq. Nəşr vurğulayıb ki, bu qədər böyük qüvvə toplamaq Avropa üçün çətindir.
Qeyd edək ki, fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı bir çox Avropa ölkələrində narazılıqla qarşılanıb./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















