Icma.az
close
up
RU
İki həftə qəhvədən imtina etsəniz, beyninizdə nə baş verir? TƏƏCCÜBLƏNDİRİCİ nəticə

İki həftə qəhvədən imtina etsəniz, beyninizdə nə baş verir? TƏƏCCÜBLƏNDİRİCİ nəticə

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Alimlər bildirirlər ki, qəhvədən müvəqqəti imtina beynin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticələrinə görə, qəhvədən hətta iki həftəlik imtina impulsivliyi və stress səviyyəsini azalda bilər. Bundan əlavə, kofeinsiz qəhvəyə keçid yuxu keyfiyyətini və yaddaşı yaxşılaşdıra bilər.

Qəhvəsiz iki həftədən sonra orqanizmdə nə baş verir?

Tədqiqat University College Cork alimləri tərəfindən aparılıb. Araşdırmada 62 sağlam yetkin iştirak edib. Onların yarısı müntəzəm olaraq qəhvə içənlər, digər yarısı isə qəhvə qəbul etməyənlər olub. İştirakçıların vəziyyəti analizlər, yaddaş testləri və sorğular vasitəsilə qiymətləndirilib.

Əvvəlcə bütün iştirakçılar bioloji nümunələr təqdim edib və koqnitiv testlərdən keçiblər. Daha sonra qəhvə istifadəçilərinə iki həftə ərzində qəhvə tam qadağan olunub. Bundan sonra onlar 21 gün müddətində iki qrupa bölünüb: birinə kofeinli, digərinə isə kofeinsiz qəhvə verilib.

Nəticələr göstərib ki, müntəzəm qəhvə içənlərdə əvvəlcə impulsivlik və emosional reaktivlik daha yüksək olub. Lakin iki həftəlik fasilədən sonra bu göstəricilər azalıb. Qəhvə yenidən rasiona daxil edildikdə isə kofeinli qrupda narahatlıq səviyyəsi azalıb, kofeinsiz qəhvə qəbul edənlərdə isə yuxu, fiziki aktivlik və yaddaş testlərinin nəticələri yaxşılaşıb.

Araşdırma bağırsaq mikrobiomunda dəyişikliklər də aşkar edib. Qəhvə sevənlərdə mikrobiom fərqli olub, lakin qəhvədən imtina etdikdən sonra bu fərqlər qismən aradan qalxıb. Bundan başqa, qəhvə iltihab göstəricilərinə də təsir edib: qəhvə istifadəçilərində ilkin mərhələdə iltihab daha aşağı olub, imtina etdikdən sonra artıb, yenidən qəhvə qəbulundan sonra isə azalıb.

Bununla belə, alimlər qeyd edirlər ki, bu tədqiqat qəhvə ilə sağlamlıq və ya koqnitiv funksiyalar arasında birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Nümunə sayı az olub və bəzi nəticələr testlərə öyrəşmə ilə izah oluna bilər. Qəti nəticələr üçün daha geniş araşdırmalara ehtiyac var.

Gündə neçə fincan qəhvə içmək olar?

Əvvəlki tədqiqatlar göstərir ki, psixi sağlamlıq baxımından ən faydalı variant orta miqdarda, gündə təxminən 2-3 fincan qəhvə qəbuludur. Bu miqdar xüsusilə kişilərdə psixi pozuntular riskinin azalması ilə əlaqələndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri