Icma.az
close
up
RU
Normadan az yağ istehlak etsəniz, beyninizdə nə baş verər?

Normadan az yağ istehlak etsəniz, beyninizdə nə baş verər?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Beynin sağlam fəaliyyəti üçün kifayət qədər faydalı yağların qəbul edilməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, yağların rasiondan həddindən artıq çıxarılması diqqət, yaddaş və əhval-ruhiyyəyə mənfi təsir göstərə, hətta uzunmüddətli perspektivdə demensiya riskini artıra bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə "EatingWell" yazır.
Mütəxəssislərin sözlərinə görə, insan beyninin təxminən 60 faizi yağlardan ibarətdir. Bu səbəbdən beyin hüceyrələrinin quruluşu, sinir siqnallarının ötürülməsi və idrak funksiyalarının normal işləməsi üçün xüsusilə doymamış yağ turşuları böyük əhəmiyyət daşıyır.
Nevroloq Kelli Enn Niotis qeyd edib ki, beynin əsas ehtiyacı doymamış yağlardır. Onun sözlərinə görə, doymuş və trans yağların qəbulu məhdudlaşdırılmalı, əsas üstünlük isə omeqa-3 kimi faydalı yağ turşularına verilməlidir.
Diyetoloq Meqqi Mun bildirib ki, gündəlik qəbul edilən kalorinin 20-35 faizi yağlardan gəlməlidir. Gündə 2000 kilokalori qəbul edən insan üçün bu, təxminən 44-78 qram yağ deməkdir.
Yağ çatışmazlığının mümkün nəticələri
Mütəxəssislər faydalı yağların az qəbulunun bir sıra problemlərə səbəb ola biləcəyini vurğulayırlar:
* Diqqət və konsentrasiyanın zəifləməsi. Yağ turşularının çatışmazlığı sinir hüceyrələri arasında siqnalların ötürülməsini zəiflədə bilər ki, bu da qərarvermə və problem həll etmə bacarığına mənfi təsir göstərir.
* Yaddaşın zəifləməsi. Xüsusilə son hadisələri xatırlamaq çətinləşə bilər. Mütəxəssislər bildirirlər ki, omeqa-3 yağ turşuları yaddaş üçün vacib hesab olunan hipokampın normal fəaliyyətini dəstəkləyir.
* Əhval-ruhiyyənin pisləşməsi. Faydalı yağların azlığı D vitamini və əvəzolunmaz yağ turşularının mənimsənilməsini çətinləşdirə bilər. Bu maddələr serotonin sisteminin normal işləməsində mühüm rol oynayır.
* Demensiya riskinin artması. Araşdırmalara görə, omeqa-3 yağ turşuları iltihabı azaldır, ürək-damar sağlamlığını dəstəkləyir və beynin qan təchizatını yaxşılaşdıraraq yaşla əlaqədar idrak zəifləməsi riskini azalda bilər.
Beyin üçün ən faydalı yağ mənbələri
Mütəxəssislər beynin sağlamlığını qorumaq üçün aşağıdakı məhsulları rasiona daxil etməyi tövsiyə edirlər:
* yağlı balıqlar (qızılbalıq, skumbriya, sardina);
* "Extra Virgin" zeytun yağı;
* qoz;
* çia və kətan toxumu;
* avokado;
* dəniz yosunları.
Bundan əlavə, yarpaqlı yaşıl tərəvəzlər, giləmeyvələr, paxlalılar, tam taxıllar və yumurta da beyin funksiyalarını dəstəkləyən qidalar arasında göstərilir.
Mütəxəssislər vurğulayırlar ki, sağlam beyin fəaliyyəti üçün yağlardan tamamilə imtina etmək deyil, düzgün növ yağları kifayət qədər miqdarda qəbul etmək əsas şərtdir.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Avqust 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri