İki il sonra Putinə zəng etdi: Qoşunları geri çək!
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Almaniya kansleri Olaf Şolts təxminən iki illik fasilədən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Heberştrayt deyib.
“Kansler ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyanın Ukrayna ilə danışıqlara hazır olmasında israr edib”, – deyə o bildirib.
Şolts həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyətini açıqlayıb. O, Putini münaqişəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb.
Heberştrayt əlavə edib ki, kansler Putinlə söhbətindən öncə Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Baxış sayı:90
Bu xəbər 15 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















