Icma.az
close
up
RU
“İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım”

“İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“1 il 8 aydır ki, imtahana hazırlaşırdım. Ötən ilin noyabrında keçirilməli olan imtahanı gecikdirib bu ilin avqustuna saldılar. İmtahana 20 gün qalmış mənə imtina gəldi”.

Bu şikayətlə “Qafqazinfo”ya Mingəçevir şəhər sakini Səbinə Cəfərova müraciət edib. 

21 yaşlı vətəndaş bildirir ki, 2023-cü ildə Ağdaş Dövlət Humanitar Kollecinin “Ailə və ev təhsili” (hazırda “Məktəbəqədər təhsil” adlanır) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub: “1 ildən çoxdur Tərbiyəçi müəllimlərin İşə Qəbulu (TİQ) imtahanına hazırlaşırdım. Lakin iyulun 30-da mənə imtahana buraxılmadığım barədə cavab verilib. İmtina səbəbi olaraq “ixtisasın qeyri-pedaqoji olması” göstərilir. Halbuki biz metodikadan dərs keçmişik, ibtidai siniflərdə pedaqoji təcrübədə olmuşuq. Hətta 2023-cü ildə bu ixtisasla TİQ imtahanında iştirak edən və hazırda müəllim kimi çalışan şəxslər var”. 

Şikayətçinin sözlərinə görə, bu barədə rəsmi şəkildə heç bir xəbərdarlıq və ya məlumat yayımlanmayıb: “Yalnız çağrı mərkəzlərindən qeyri-rəsmi cavab verilir. Əgər bu ixtisas uyğun deyilsə, niyə hələ də kolleclərə “Məktəbəqədər təhsil” üzrə qəbul davam edir? Ötən il nazir öz çıxışı zamanı vurğulamışdı ki, bu ixtisası bitirən tələbələr də imtahanda iştirak edə bilər. Lakin indi imtina gəlir”. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirildi ki, orta ixtisas təhsili pilləsi üzrə təsnifat 2020-ci ildə Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilib: “Həmin Təsnifata əsasən “Təhsil” ixtisasları qrupuna 5 ixtisas, o cümlədən “Məktəbəqədər təhsil” və “Ailə və ev təhsili” ixtisasları əlavə olunub. 2020-ci ildə bu təsnifat üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanmasına başlanılmış və 2021-ci ildə müvafiq proqramlar hazırlanaraq təsdiq edilib. 

“Məktəbəqədər təhsil” ixtisasının 2021-ci ildə təsdiq olunmuş təhsil proqramına əsasən bu ixtisas üzrə məzunlar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində: dövlət və qeyri-dövlət təhsil müəssisələrində, o cümlədən təşkilatlarda, mərkəzlərdə, birliklərdə və s. işləyə bilərlər. “Ailə və ev təhsili” ixtisasının eyni ildə təsdiq olunmuş təhsil proqramında isə bu ixtisas üzrə məzunlarının ailələrdə, müxtəlif təşkilatlarda, mərkəzlərdə, birliklərdə işləyə biləcəyi qeyd edilib”.

Lamiyə Məmmədova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri