İki klubdan təklif alan Slavik Alxasovun “Araz Naxçıvan”da qalmasının SƏBƏBİ
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“İki yerli klubdan təklif alsam da, “Araz-Naxçıvan”da qalmağı seçdim”.
Bunu İdman.biz-ə “Araz-Naxçıvan”la müqaviləsini daha 1 il uzadan Slavik Alxasov deyib.
O bildirib ki, komandada özünü çox xoşbəxt hiss etdiyi üçün bu addımı atıb: “Klubda hər şey qaydasındadır, kollektiv çox mehribandır. Bu səbəbdən yeni müqaviləyə qol çəkdim. “Araz-Naxçıvan”da özümü xoşbəxt hiss edirəm, komanda ilə tarix yazdıq, avrokuboka vəsiqə qazandıq. Çalışacağıq ki, uğurlu çıxış edək. Bizim üçün çətin olacaq, lakin rəqiblərdən çox şey asılıdır”.
Qeyd edək ki, Alxasov 2024-cü ilin fevralından “Araz-Naxçıvan”da çıxış edir. Bu müddət ərzində 35 matça çıxan müdafiəçi 3 məhsuldar ötürmə müəllifi olub.
Mehri Qurban
İdman.biz
Baxış sayı:77
Bu xəbər 03 İyun 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















