Icma.az
close
up
RU
İki ölkə razılaşdı: 36 saat vaxt verilib, Netanyahu sənəd imzalayacaq

İki ölkə razılaşdı: 36 saat vaxt verilib, Netanyahu sənəd imzalayacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Asharq al-Awsat” qəzetinin ötən gün yaxın 36 saat ərzində “Hizbullah” və İsrail arasında atəşkəsin elan ediləcəyinə dair yaydığı məlumat müzakirələrə səbəb olub.

Nəşr, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə bunun baş tutacağını iddia edib. Sözügedən məlumat ABŞ hökumətində adı açıqlanmayan mənbənin təsdiqlədiyi bildirilib. Qəzet daha öncə də Bayden və Makronun 60 günlük atəşkəs elan edəcəyini yazmışdı.

Hazırkı vəziyyətdə Yaxın Şərqdə atəşkəsin əldə olunması nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İsrail və Livan arasında atəşkəsin bağlanması sadəcə Vaşinqton və Parisə sərf edir:

“Co Baydenin hakimiyyətdən getməsinə sayılı günlər qalıb, buna görə öz imicini düzəltmək istəyir. Çünki ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp onu müharibələrə başlayan şəxs kimi xarakterizə edir. Bayden vəzifədən getməmiş bu fikri dağıtmağa çalışır. Emmanuel Makronun isə nüfuzu hazırda çox aşağıdır. Uğursuz xarici siyasətinin nəticəsi olaraq həm Avropa Parlamentində, həm də ölkə parlamentində keçirilən seçkilər Makronun məğlubiyyəti ilə başa çatdı. Fransa prezidenti dağılmış imicini bərpa etmək üçün səy göstərir”.


Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, hazırda belə bir atəşkəs razılaşmasının əldə edilməsinin əhəmiyyəti yoxdur:

“Aydın məsələdir ki, savaş İsrail və Livan arasında deyil, Tehran dəstəkli “Hizbullah” arasında gedirdi. Livan ordusu İsraillə döyüşəcək qədər güclü deyil. Livan hökuməti heç paytaxt Beyruta düzgün nəzarət edə bilmir. Ölkə faktiki olaraq “Hizbullah”ın və bir neçə xırda qruplaşmanın nəzarəti altındadır. İndi ABŞ və Fransa olmayan bir savaşa görə sülh bağlamaq istəyir. Livan Fransanın keçmiş müstəmləkəsidir. Burada vəziyyətin belə olmasının ən böyük günahkarlarından biri elə Parisin özüdür.

Vaxtilə Livanda yeritdikləri yanlış siyasət nəticəsində ölkədə demoqrafik vəziyyət dəyişdi, tayfalar, dinlər və məzhəblərarası toqquşmalar başladı. Bu, Parisə imkan verirdi ki, bölgəni daha yaxşı istismar etsin. İndi də Beyrutdakı Livan hökumətlərinin əsas müttəfiqi Fransadır. Vaşinqton da ehtimal ki, Təl-Əvivə təzyiq göstərib. İsrailin Baş naziri Benyamin Netanyahu haqqında Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərar ABŞ-ın əl-qolunu açdı. Netanyahu indiki halda Ağ Evi narazı salmaz. Belə bir heç bir əhəmiyyət kəsb etməyən, sadəcə Baydenin adını qurtarmaq üçün olan bir sənədi imzalamaq elə də çətin iş deyil. Baş verən bu hadisə də göstərir ki, Yaxın Şərqdə daim sülh nə Parisin, nə də Vaşinqtonun vecinə deyil. Onları maraqlandıran öz mənafeləridir. Bu səbəbdən bölgədə daimi sülh çox uzaqlarda görünür”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri