Qəzza üçün iki işçi qrupu yaradılır − Netanyahu və Sülh Şurası razılaşdı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Baş naziri Benyamin Netanyahu Sülh Şurası ilə Qəzza zolağı üçün iki işçi qrupu yaratmaq barədə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, Netanyahunun ofisi bunu ABŞ Prezidentinin kürəkəni Cared Kuşner ilə Qüdsdəki danışıqlarından sonra açıqlayıb.
“Baş nazir və Sülh Şurası dərin və konstruktiv müzakirələr aparıblar. İki işçi qrupunun yaradılması qərara alınıb: biri Qəzzanın tərksilah edilməsi və silahsızlaşdırılması ilə bağlı, İsrail və Sülh Şurası Qəzzada hər hansı bir yenidənqurma işlərinə başlamazdan əvvəl bunu tamamlamağa qərarlıdırlar. İkinci işçi qrupu sanitariya, təmiz su və Qəzzada İsrail xalqına təsir edən digər ictimai səhiyyə məsələlərinə diqqət yetirəcək ki, bunlar da İsrail xalqına təsir edir”, - bəyanatda bildirilir.
“Ynet”in İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, Sülh Şurasının nümayəndələri və Kuşnerlə görüşdə Netanyahu “Qəzza zolağının yenidən qurulmasında ilk addımın HƏMAS-dan silahların məhv edilməsi üçün Qəzzadakı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə ötürülməsi”ni tələb edib. Ynet xəbər verir ki, bu addım ABŞ-ın nəzarəti altında həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Netanyahu və Sülh Şurası Qəzza üçün iki işçi qrupu yaratmaq barədə razılığa gəliblər
17 Avqust 2026 19:35
Sülh Şurası Qəzza üçün kriptovalyuta buraxmaq istəyir FT
24 Fevral 2026 17:28
Tramp 60 lideri Qəzza Sülh Şurası na dəvət etdi: Netanyahu narazı qaldı
20 Yanvar 2026 13:05
Netanyahu Qəzza Sülh Komitəsinə üzvlük üçün müraciət etdi
11 Fevral 2026 21:41
Qəzza ilə bağlı Sülh Şurası yaradıldı
16 Yanvar 2026 07:15
Baxış sayı:153
Bu xəbər 17 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















