Icma.az
close
up
RU
İki ölkənin müharibə hazırlığı: Bakıdan kritik həmlələr Nə baş verir?

İki ölkənin müharibə hazırlığı: Bakıdan kritik həmlələr Nə baş verir?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.

Səfər çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, regional proseslər müzakirə edilib.

H.Hacıyevin indiki məqamda İsrailə səfər etməsi diqqət çəkir. Digər mühüm məqam onun Netanyahu ilə regional hadisələri müzakirə etməsidir. İsrail ciddi bir prosesə hazırlaşır. Təl-Əviv-Vaşinqton diplomatik təmasları, Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək istəməsi də bunu deməyə əsas verir.

Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bakı İran-İsrail gərginliyinin hazırkı mərhələsində tərəflərin bir-birinə yanaşmasını və Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır. Təsadüfi deyil ki, H.Hacıyev İsrailə, Azərbaycan Baş naziri Əli Əsədov İrana səfər edib.

Azərbaycan rəsmilərinin son zamanlar İrana səfərləri artıb. Bu, böyük ölçüdə iki ölkə arasında gərginliyin aradan qaldırılıb münasibətlərin normallaşmasına hesablansa da, görünür, həm də İsrail-İran gərginliyi, bunu regiona, xüsusilə ölkəmizə təsiri ilə bağlıdır.

Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edə bilərmi? Bu, mümkün versiyalardan biridir. Gərginliyin artmaması, tərəflər arasında münasibətlərin əvvəlki vəziyyətinə qaytarılması üçün cəhdlər ola bilər.

Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət olaraq görür. Əvvəllər də dediyim kimi, İsrailin əsas hədəfi İranı gərginliyə çəkib, daha sonra İraqdakı kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. ABŞ total müharibədə maraqlı olmasa da, prosesdən kənarda qala bilməz.

İrana beynəlxalq koalisiyanın müdaxiləsi və ya başqa ölkə ilə total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Çünki İrandan miqrant axını və digər məsələlər risk faktorlarıdır. Bakı bütün bunlardan yayınmaq üçün tərəflər arasında həm diplomatik təmaslar qurur, həm də vəziyyəti dəyərlədirir. Azərbaycan yenə də qlobal və regional prosesdə dövlət maraqları çərçivəsində düzgün siyasət yürüdür.

Turan Rzayev
Globalinfo.az-ı siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri