Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Pezeşkianın kritik səfəri: “Bakıdan zəmanət” nə demək?

Pezeşkianın kritik səfəri: “Bakıdan zəmanət” nə demək?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İran gözlənilən hərbi müdaxiləni önləmək üçün Azərbaycanın diplomatik səylərini işə salmasını xahiş edə bilər

İran ABŞ-ın tələblərini yerinə yetirərək nüvə silahı yaratmaq planlarından əl çəkməsə, sentyabr ayına qədər mövcudluğunu dayandıracaq. Məlumatı Britaniyanın “The Daily Express” qəzetinə ABŞ Prezidenti Donald Trampın administrasiyasına yaxın mənbə bildirib. “Niyyətlərin aydın şəkildə başa düşülməsi var. İranın vaxtı azalır. Əgər onlar İranın nüvə imkanlarının tam yoxlanılması və onların tam sökülməsi barədə prezident Trampın səxavətli təklifinə cavab verməsələr, sentyabra qədər İran artıq mövcud olmayacaq. Bu, bu qədər sadədir”, - deyə nəşr bildirir.

İsrail hökumətindəki mənbə nəşrə təsdiqləyib ki, Tehran nüvə sazişi üzrə danışıqları bərpa etməsə, İsrail və ABŞ onun nüvə obyektlərinə zərbələr endirəcəklər. “Dəqiqi olan budur ki, İran öz mövqeyini kəskin şəkildə dəyişməkdən imtina edərsə, zərbə endiriləcək. Cavab verilməli olan yeganə sual belə bir zərbənin nə vaxt baş verəcəyidir”, - mənbə “The Daily Express”ə bildirib.

Martın 30-da Tramp deyib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş olmazsa, iki həftə ərzində İrana ikinci dərəcəli tariflər tətbiq edəcək. O, hədələyib ki, əgər razılaşma tamamilə rədd edilsə, ölkə görünməmiş bombardmanlarla üzləşəcək. İranın ali dini lideri Əli Xameneyi Trampın təhdidlərinə cavab verərək qeyd edib ki, o, ABŞ-ın hərbi müdaxiləsi ehtimalına inanmır, lakin Vaşinqton respublikada üsyan qaldırmağa cəhd etsə, sərt cavab alacaq.

Bu arada isə İran prezidenti Məsud Pezeşkianın bu ay Azərbaycana səfər edəcəyi haqda informasiyalar yayılıb. Bu, onun dövlət başçısı kimi ölkəmizə ilk rəsmi səfəri olacaq. Bundan əvvəl hər iki ölkə prezidentinin xarici siyasət məsələləri üzrə köməkçiləri - Mehdi Sənai və Hikmət Hacıyev qarşılıqlı səfərlər ediblər. Bundan əlavə, hər iki prezident Novruz və Ramazan bayramları münasibəti ilə telefon danışığı da aparıblar. Yeri gəlmişkən, xatırladaq ki, Pezeşkian 2024-cü ilin noyabrında Bakıda keçirilən iqlim konfransına gəlmədi.

“The Daily Express”in yazısından da aydın olur ki, İranla yeni nüvə sazişi ilə bağlı razılaşma əldə olunmasa, bölgədə müharibə riski daha da artacaq. İran hökuməti bu təhdidlərin reallaşacağı təqdirdə cavab tədbirləri görəcəyini açıq şəkildə bildirməyə çalışır. Həmçinin Tehran artan təhlükə fonunda Rusiya və Çinlə əlaqələrini gücləndirməyə çalışır.

Tehran bəyan edir ki, ABŞ İrana dəqiq hava zərbələri endirərsə, İranın da İraq, Bəhreyn, Küveyt, Qətər və BƏƏ də daxil olmaqla, körfəzdəki Amerika bazalarına zərbələr vurmaq imkanı mövcuddur. Tehran hesab edir ki, bu, ABŞ-ı hücum planını yenidən nəzərdən keçirməyə vadar edə bilər.

Pezeşkianın mümkün səfəri konteksində İranın mümkün münaqişə vəziyyətində Azərbaycanın Tehrana qarşı fəal əməliyyatlara qoşulmayacağına zəmanət almaq istəməsi barədə iddialar dolaşır.

Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan qonşu ölkələrlə bağlı bu cür planlarda iştirak etməyəcək. Azərbaycan bu münaqişədən uzaq durmağa, balanslaşdırılmış siyasətini davam etdirməyə, mümkün olan mənfi nəticələri minimuma endirməyə çalışacaq.

Belə olduğu halda, “Bakıdan zəmanət” nə deməkdir? Azərbaycanın ehtimal olunan münaqişəyə qoşulmayacağını dəfələrlə elan etdiyi məlumdur. Bəs İran nədən narahatdır?

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi ekspert Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, son günlər Qərb mətbuatı İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirəcəyi ilə bağlı məlumatlar yayırlar: “İranla bağlı informasiyalara kifayət qədər ciddi yanaşmaq lazımdır. Çünki ABŞ Çinlə Avropa arasındakı şimal marşrutunun bağlanmasına nail olub. Ukrayna problemi qaldıqca bu məsələ həll olmayacaq. İran isə həm Çinlə, həm də Avropa ilə əlaqələrə malikdir. Avropa gələcəkdə Çinlə əlaqələrini İran üzərindən qurmağa çalışacaq. Hazırda isə İran Çin üçün olduqca vacib partnyordu. Çin enerji və yanacaq tələbatını İranın hesabına qarşılamaqdadır. Həm də bu İran sanksiyalara məruz qaldığından kifayət qədər ucuz başa gəlir. İranın vurulması ilə Birləşmiş Ştatlar Çini enerji mənbəyindən məhrum etmək, Avropanın isə gələcək ümidlərinin üstündən xətt çəkmək niyyətindədir: "Sanksiyalar altındakı İran Çinin inkişafina, sanksiyalardan xilas olan İran isə Avropanın müstəqilliyinə xidmət etmiş olur. Ona görə də üçüncü variant işə salınmaqdadır. Artıq yayılan xəbərlərdə Çinin ABŞ-ın hücumlarına qarşı müqavimət göstərməkdə İrana kömək edəcəyi bildirilir. Rəsmi Tehran gözlənilən hərbi müdaxiləyə qarşı daha geniş koalisiya formalaşdırmaq və mümkün olarsa, əməliyyatlar başlamamış onun qarşısını almağı hədəfləyir. Buna görə də prezident Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfərinin məqsədi haqqında danışmaq mümkündür".

Ekspert qeyd etdi ki, rəsmi Tehran həmişə Azərbaycanın İsraillə yaxın münasibətlərindən narahat olduğunu və bu əlaqələrin ona qarşı yönələ biləcəyindən şübhələndiyini bəyan edir: “Hətta İran bir neçə dəfə İsrailin casus şəbəkələrinin guya ölkəmizdə yerləşdirilməsi ilə bağlı əsassız informasiyalar da yaymışdı. Azərbaycan dəfələrlə öz rəsmi mövqeyini ifadə edib. Ölkəmiz heç bir munaqişədə tərəf olmaq niyyətində deyil. İranda bizim çoxmilyonlu soydaşlarımız yaşayır. Bizim onlarla mədəni əlaqələrin inkişafına ehtiyacımız var. İnsanlar cənubda yaşayan qohumları ilə heç bir maneə olmadan əlaqə saxlamaq, sərbəst gediş-gəliş etmək istəyirlər. Lakin İran tərəfi üçüncü tərəfin yalanları əsasında Azərbaycanla münasibətlərini tənzimləyə bilmir. Halbuki Pezeşkian prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etməli, ən yaxın qonşusu ilə ciddi təmaslara üstünlük verməli idi. İran bizdən uzaq qaldıqca səhv məlumatlar əsasında doğru olmayan qərarlar alır”.

Növbəti mərhələdə İran-Azərbaycan münasibətlərinin hansı məcraya düşəcəyi, hansı istiqamətə yönələcəyi də cəmiyyətdə maraq doğurur.

Əli Orucov

Baki-xeber.com-a açıqlamasında politoloq Əli Orucov bildirib ki, İran-Amerika qarşıdurmasının təhlükəli fazaya qədəm qoyması region üçün də həyəcanlı durum yaradır: “Xüsusən də Azərbaycan risk altına düşür. İran bəyan edib ki, cavab zərbələrini Birləşmiş Ştatların strateji əhəmiyyət kəsb edən obyektlərinə də endirəcək. Belə olan halda Sanqaçal neft terminalı və BTC neft boru xətti hədəf halına gəlir. Digər tərəfdən, İran müharibəyə cəlb edilərsə, Azərbaycan qaçqın axını ilə üzbəüz qalar ki, bu da humanitar böhrana yol açar.

Eyni zamanda yaranacaq iqtisadi problemləri də nəzərə almaq lazımdır. Azərbaycan İranın ticarət tərəfdaşı olan ölkələr sıralamasında ilk yerdədir. Ona görə də Azərbaycan üçün İrana hər hansı hərbi müdaxilə sırf etmir və bunun verəcəyi fəsadları anlayır. Bakının xarici siyasət kursu mehriban qonşuluq və əməkdaşlıq üzərində qurulub. İrandan da eynisini gözləyirik. İran Prezidenti M. Pezeşkianın Azərbaycana gözlənilən səfərinin də əsasən təhlükəsizliklə bağlı olacağı şübhə doğurmur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın dünya siyasətində mövqeyinə hörmət qoyulur və səsi eşidilir. Bakının regional və beynəlxalq nüfuzundan İrana gözlənilən hərbi müdaxiləni önləmək və diplomatik səyləri işə salmaq da xahiş oluna bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri