Icma.az
close
up
RU
Bakıdan gözləmirdik: Nə baş verir? Moskvadan baxış

Bakıdan gözləmirdik: Nə baş verir? Moskvadan baxış

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bu gün Moskva ilə Bakı münasibətlərində baş verənlər cəmi bir neçə il əvvəl ağlasığmaz görünürdü. Elə hiss edilirdi ki, bu əlaqələr güclü və etibarlıdır, bunun təminatı isə iki lider arasındakı münasibətlər hesab olunurdu. İlham Əliyev Moskvada Kremllə ünsiyyətdə hər zaman düzgün çalar tapmağı bilən, rəngli inqilablarla bağlı olmayan, hərdən millətçiliyə meyil etməyə yol verən ciddi tərəfdaş kimi qəbul edilirdi, demək olar ki, həmişə antierməni mövqeyində olub, amma heç vaxt antirusiya xətti tutmayıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst siyasi şərhçi Maksim Yusin “Kommersant”a deyib.

“Həm Bakıdan, həm də diaspordan olan azərbaycanlı iş adamları Rusiyanın informasiya sahəsində məharətlə çalışırdı: mütəmadi olaraq Azərbaycana gələn yerli politoloqların, jurnalistlərin möhkəm birliyini yaradaraq, bu ölkədə baş verən hər şeyi ən müsbət şəkildə işıqlandırıb, ictimaiyyətə Bakının Moskvanın müttəfiqi olmasa da, etibarlı, möhkəm tərəfdaşı olduğunu çatdırmışdı. Ötən ilin dekabrında Ukrayna PUA-larının Qroznı hava limanına hücumu zamanı Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və daha sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması münasibətlərdə əsl çatlama yaradıb. 38 nəfər həlak olub. Bakı Moskvanı hava hücumundan müdafiə sistemləri ilə təyyarənin vurulmasına görə məsuliyyətinin etirafında gecikməkdə ittiham edib. Və bu gün, altı ay sonra, bu məsələ ikitərəfli münasibətlərdə ən böyük qıcıqlandırıcı amil olaraq qalır. Daha sonra isə Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı sərt hərəkətləri və iki nəfərin həlak olması ilə nəticələnən əməliyyat baş verdi. Bakı hesab edir ki, onlar öldürülüb”, - o bildirib.

Yusin idda edir ki, bu hadisələr Bakıda Rusiyada çoxlarının şübhə belə etmədiyi yığılmış bütün şikayətləri ortaya tökdü:

“Bir məmurun, hətta demək olar ki, yarı-rəsmi, Azərbaycan telekanalının efirinə verdiyi şərh də bunun göstəricisidir. Onu dinləyəndə düşünmək olar ki, bu yayım Bakıdan yox, Kiyevdən yayımlanıb. Yayımda Putinə qarşı şəxsi hücumlar (əvvəllər belə şeylərə yol verilməzdi) və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində, hətta 1992-ci ildə Xocalıda dinc əhalinin ölümünə görə Rusiyanın məsuliyyət daşıması iddiaları yer alırdı. Deyəsən, lap yuxarıdan icazə verilib: əvvəllər mümkün olmayan şey indi mümkündür. İndi isə Rusiya ilə bağlı bütün mədəniyyət tədbirləri ləğv edilir, Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfəri ləğv edilir, Rusiyanın “Sputnik” agentliyinin Bakı ofisində Azərbaycan hakimiyyətinin işlətdiyi terminlə “xüsusi əməliyyat” keçirilir. Ümumiyyətlə, son vaxtlara qədər nümunəvi görünən münasibətlər tənəzzülə doğru gedir. İndi Yekaterinburq hadisələrinin bir bəhanə olduğu hissi yaranır. Azərbaycan özünü regional güc kimi aparmağa başlayır, yeri gəlmişkən, bu barədə Azərbaycan kanalında qeyd etdiyim şərhdə də vurğulanıb: Rusiya bu baxımdan keçmiş hegemon kimi qəbul edilir, onunla hesablaşılmaya bilərlər, Rusiya tədricən regiondan sıxışdırılmalı, Bakı bunun hesabına ölkə daxilində “vətənpərvər camaatın” gözündə xal qazanaraq özünü təsdiq edə bilər. Azərbaycan hakimiyyətinin hesablamalarının özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək. Moskvanın hazırda Ukrayna münaqişəsinə qarışmasından və Qafqaza vaxtının olmamasından istifadə edərək, belə anlaşılmaz səbəbə görə Kremllə vəziyyəti gərginləşdirmələr ehtiyatsızlıq deyilmi?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri