Icma.az
close
up
RU
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi: Nazirlikdən REAKSİYA VİDEO

İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi: Nazirlikdən REAKSİYA VİDEO

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yardımlı rayon sakini, hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Zeynal Hətəmov övladı 2016-cı il təvəllüdlü Yusif Hətəmovun pensiyasının kəsilməsindən şikayətçidir. 

Məsələ ilə bağlı Sitat.info-ya danışan Zeynal Hətəmov dalağı və öd kisəsi əməliyyat edilərək çıxarılan  Yusif Hətəmovun əlillik dərəcəsinin ləğv edilməsindən narahatlığını ifadə edib: "Övladım 2016-cı il təvəllüdür, anadangəlmə xəstədir. Ödündə və dalağında yaranan problemə görə doğulduğu gündən buyana müalicələrdən keçib. 2018-ci ildə komissiyadan keçdik, əlil olması barədə sənəd verdilər. 2018-ci ildən 2021-ci ilə qədər əlllik pensiyası verilib  2021-ci ildə də komissiyadan keçərək 2024-cü ilə qədər əlillik pensiyası almağa davam etmişik.BU müddətdə Yusifin durumu müalicələrlə yaxşılaşmadığına görə, 2022-ci ilin dekabrında əməliyyatla öd kisəsi və dalağı çıxarıldı. 2024-cü il noyabrın 11-də əlillik müddəti bitdiyi üçün oğlum  yenidən komissiyada baxışdan keçib, Forma 88 göndərilib. Noyabrın 15-də məsələyə baxılıb, 22-də imtina verilib. Qaynar xətlə əlaqə saxladıq, sənədlərdə problem olduğunu qeyd ediblər".

Z.Hətəmov deyir ki, sonuncu dəfə ötən ilin dekabr ayının 24-də oğlunun səhhətinə əyani baxış keçirilib və ondan sonra hər hansı məlumat ala bilməyiblər: "Cənab nazirdən xahiş edirəm ki, bizə məsələnin həlli ilə bağlı kömək etsin. Övladım xəstədir, dərmanlarını ala bilmirəm. Çox xəstə və zəif uşaqdır, məktəbə davamlı gedə bilmir. Xahiş edirəm, cənab nazir, bizim səsimizi eşidin, övladımın əlillik pensiyasını bərpa edin". 

Məsələ ilə bağlı Sitat.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, xəstədə əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib: "Yardımlı rayon sakini 28.07.2016-cı  il təvəllüdlü Hətəmli Yusif Zeynal oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 04.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib.  Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. 
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib".

Səid,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri