Icma.az
close
up
RU
İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində

İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rüstəm Qaraxanlı yazır...

Roma papaları dünya xristianlarının mənəvi lideri kimi özlərinə götürdükləri adları təsadüfən seçmirlər. Hər bir ad kilsənin, yaxud dinin tarixində özünəməxsus ideoloji dəst-xətti, yaşanan gün-güzəranı əks etdirir. Yeni Papa - amerikalı kardinal Robert Frensis Prevonun seçdiyi XIV Leo ismi də o cümlədən. Vatikan tarixinin bələdçiləri XIV Leo adının I və XIII Leolara işarə olduğunu güman edirlər. Əgər birinci - papalıq institutuna damğasını vurmuş "İki qılınc nəzəriyyəsi"nin ərsəyə gəlməsinə səbəb olmuşdursa, digərinin adı Vatikan tarixinə sosial xristianlığın ardıcılı kimi düşüb.

1.4 milyard nəfərlik katolik dünyası yeni Papanın kilsədəki maliyyə və seksual məzmunlu qalmaqallara son qoyacağına ümid edir. Bundan əvvəlki Papa təvazökar həyat sürməklə cah-calala müxalifətdə durduğunu göstərməyi bacararaq, ardıcıllarını da sadə həyata dəvət edirdi. Kilsə daxilində nail olduğu kadr islahatları, o cümlədən Vatikanda aparıcı mövqelərə təmiz reputasiyalı, ləkəsiz yeni nəsil kardinalları çəkməklə bu böhranı nizamlayacağını düşünürdü. İndi seçilmiş Papa da vaxtilə Fransisk tərəfindən Vatikana dəvət olunub. XIV Leonun katolik dünyasının mənəvi mərkəzindəki fəaliyyətinin cəmi iki illik tarixi var.

Ancaq belə görünür ki, yeni Papanın önündə duran əsas vəzifə heç də kilsədaxili sosial mühiti sahmanlamaq olmayacaq. Əgər Prevo özünə seçdiyi Leo ismi ilə I Leoya işarə edirsə, qarşıdakı illərdə Vatikanın geosiyasi proseslərdə daha aktiv iştirakını görə biləcəyik.

I Leo Vatikan tarixinə kilsənin mərkəzləşdirilməsi və birləşdirilməsi istiqamətində atdığı addımları ilə düşüb. V əsrdə (440-461) katolik kilsəsinə rəhbərlik etmiş I Leo böyük hun sərkərdəsi Atillaya münasibətdə işlədilən "Tanrının bəlası" ifadəsinin müəllifidir.

Onun 451-ci ildə Roma üzərinə yürüş edən Atilla ilə görüşü və bundan sonra hun sərkərdəsinin hücumdan vaz keçib geriyə qayıtması ətrafında müxtəlif ehtimallar səslənir. Ancaq ən ümumiləşdirilmiş rəy bundan ibarətdir ki, Atilla I Leoya olan ehtiramı (hətta onun müqəddəs olduğunu) nəzərə alaraq, ordusunu geri çəkib. Yeri gəlmişkən, Vatikanda, Müqəddəs Pyotr bazilikasında Leo ilə Atillanın görüşünü təsvir edən barelyef var və onun 2019-cu ildə təmiri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

Hesab edilir ki, Vatikan tarixində inqilabi dəyişikliyin əsasında durmuş "İki qılınc" nəzəriyyəsinin ərsəyə gəlməsində I Leonun ciddi rolu olub. Bu nəzəriyyəyə görə, iki növ hakimiyyət var: dünyəvi və ilahi. I Leo düşünürdü ki, dünyəvi hakimiyyət siyasət və dövlət idarəçiliyi prosesi ilə məşğul olmalıdır və dini hakimiyyətin gündəminə müdaxilə etməməlidir. Papa isə təbii ki, dini problemlərin çözümü ilə məşğuldur, ancaq ehtiyac yaranarsa, ki, yaranmaması mümkün deyil, - bu halda o, dünyəvi həyatın işlərinə qarışa bilər. Başqa sözlə, nümunəvi orta əsrlər gerçəkliyi: Vatikanın dominantlığı, Müqəddəs Roma İmperiyası, səlib yürüşləri və təriqət müharibələri. Ən əsası isə papalar ilə dünyəvi monarxların mübarizəsi.

Geridə qoyduğumuz Papa seçkisinin Vatikan tarixində ən siyasiləşmiş olacağını hələ Fransisk dəfn edilməmişdən öncə proqnozlaşdırmışdıq. Başa çatan həftə Vatikanda 133 kardinalın iştirakı ilə keçirilən konklavın geosiyasi kontekstdə ABŞ və Fransa (Avropa) arasında mübarizə meydanına çevrilməsini ört-basdır etmək çətin idi. ABŞ Prezidenti Donald Trampın ilk xarici səfərini Papanın dəfnində iştirak üçün məhz Vatikana etməsi də təsadüfi deyildi. Tramp Vatikanın başına amerikalı, yaxud ABŞ gündəmi ilə həmfikir olan Papanın seçilməsini əsas geosiyasi hədəflərdən biri kimi müəyyən edirdi. Hətta Fransiskin ölümündən sonra Vatikanın de-fakto söz sahibi olmuş Kevin Farrelin konklavı təşkil etmək missiyası da təsadüf predmeti deyildi. Farrel də amerikalıdır, keçmiş diplomatdır və hiss olunurdu ki, yeni seçiləcək papa ABŞ-dən olmasa belə, Trampın dünya nizamına dair görüşlərinə cavab verməlidir.

Trampın ilk hakimiyyəti dövründə sabiq Papa Fransisklə münasibətləri tutmurdu. Özü də tək kilsə gündəmi ilə bağlı deyil. Tramp ABŞ siyasi konyunkturunun mühafizəkar qanadını təmsil etdiyi halda, Fransiskin həddindən ziyadə liberallığı, hətta eynicinslilərin nikahına belə müsbət yanaşması kilsə daxilində ciddi qınaq mövzusuna çevrilmişdi. Trampın Vatikanla antoqonizmi ən müxtəlif problemlər spektrini əhatə edirdi. Məsələn, alternativ enerji mənbələri və yaşıl gündəm mövzuları ciddi mübahisə obyektinə çevrilmişdi. Odur ki, tanrının iradəsi ilə yaranmış fürsətin əldən verilməsini ABŞ prezidenti özünə bağışlamazdı.

ABŞ cəmiyyəti, proqressivliyi, liberallığı və əsas azadlıqlara verdiyi önəmə baxmayaraq, özlüyündə kifayət qədər dindar mahiyyətlidir. Keçmiş dövlət başçılarının da mütəmadi kilsə ayinləri proseslərinə qatıldıqları adi mənzərə olub. Ancaq Trampın ikinci hakimiyyətini fərqləndirən ən ciddi amillərdən biri teoloji, özü də katolik təmayüllü təzahürlərə malik olmasıdır ki, bu prosesin önündə hazırkı administrasiyanın iki kilid siması - vitse-prezident Vens və dövlət katibi Rubio - gəlir. Çox güman ki, xarici siyasətin Vatikan istiqamətləri məhz onların kurasiyasındadır.

İndi isə qayıdaq Leo adı ilə verilən subliminal mesaja. Təqribən bir həftə öncə ABŞ prezidenti sosial şəbəkələrdəki profilindən Roma Papasının libasında şəklini paylaşdı.

Bəzilərinin zarafat, digərlərinin istehza kimi qəbul etdiyi bu foto, əslində, Vatikanda seçiləcək yeni pontifikin kimliyinə işarə idi: amerikalı Papa Vatikanın Trampın nəzarətinə keçməsi kimi də yozula bilər. Bundan sonra Ağ Ev rəsmi səhifəsində Trampın daha bir qeyri-adi şəklini paylaşdı - bu dəfə ulduz müharibələrinin cəngavəri - "ceday" görkəmində, əlində qırmızı işıqlı qılıncla. Qırmızı seçiminə yorumlar müxtəlifdir, məsələn, respublikaçıların rəsmi rəngi olması kimi. Ancaq rəng bir yana, məsələ qılıncın özündədir - I Leonun "İki qılınc" nəzəriyyəsinə işarə deyilmi? Leo iki qılıncdan danışırdı (dünyəvi və dini hakimiyyətlər), Trampın isə bir qılıncı var: həm dünyəvi, həm də dini hakimiyyəti bir əldə cəmləşdirib.

Misli görünməmiş rüsum və ticarət müharibəsi, Qrenlandiya və Kanada cəbhələrindən xəbər gözləntisi fonunda Trampın ilk ilhaq əməliyyatı uğurla başa çatdı - dünyanın bir nömrəli supergücü dini hakimiyyətin mərkəzini nəzarətə götürdü. Özü də Avropa liberalizminin mühafizəkar dünyagörüşü üzərinə "səlib yürüşü" etdiyi zaman. Növbəti addım nə olacaq?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri