Icma.az
close
up
RU
Tofiq Quliyevin bacısı nəvəsi: Onun adı təkcə nəhəng musiqi tarixini deyil, Azərbaycan mədəniyyətinin bütöv bir dövrünü daşıyır

Tofiq Quliyevin bacısı nəvəsi: Onun adı təkcə nəhəng musiqi tarixini deyil, Azərbaycan mədəniyyətinin bütöv bir dövrünü daşıyır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 noyabr, Anara Axundova, AZƏRTAC

Noyabrın 7-də görkəmli bəstəkar, Azərbaycan estrada musiqisinin banilərindən biri, ölkəmizin mədəniyyət və incəsənətinin tanınmış siması Tofiq Quliyevin anadan olmasının 108-ci ildönümü qeyd olunub.

AZƏRTAC bəstəkarın bacısı nəvəsi, Dövlət Simfonik Orkestrinin musiqiçisi, gənc violonçel ifaçısı Nərgiz Manaflı ilə söhbət edib.

“Tofiq Quliyevin bacısı nəvəsi olmaq, hər şeydən əvvəl, böyük şərəf və məsuliyyətdir. Onun adı təkcə nəhəng bir musiqi tarixini deyil, həm də Azərbaycan mədəniyyətinin bütöv bir dövrünü daşıyır. Mən bu ailənin bir hissəsi olduğum üçün dərin qürur və minnətdarlıq hissi ilə böyümüşəm. Bir musiqiçi kimi bu fakt məni həmişə daha yaxşı olmağa, sənətə məsuliyyətlə yanaşmağa sövq edir. Mənim üçün təkcə onun irsini xatırlamaq deyil, həm də onun ruhunu — musiqiyə, insanlara və Vətənə olan sevgisini yaşatmaq vacibdir”, – deyə Nərgiz Manaflı bildirib.

Dahi bəstəkar Nərgiz dünyaya gəldikdən qısa müddət sonra vəfat edib. Ona görə də violonçel ifaçısının onunla bağlı şəxsi xatirələri olmasa da, uşaqlığından bəri doğmalarından Tofiq Quliyev haqqında hekayələr dinləyib, onun həyatına böyük maraq göstərib.

“Hər kəsin dediyinə görə, Tofiq Quliyevin ad günü həmişə üç gün qeyd olunardı — ayın 5-də qohumlarla, 6-da gəlməyənlər üçün, 7-də isə dostlarla. Bəzən bu qeyd etmələr noyabrın 8-nə qədər uzanırdı. Mənə, həmçinin təbrik teleqramları ilə dolan məşhur geniş ərəb vazası haqqında danışırdılar — o, ad günü günlərində ağzına qədər dolur, teleqramlar yerə tökülürdü. Bu, artıq bir ənənəyə çevrilmişdi. Həyat yoldaşı Dilarə xanım hər dəfə deyərdi: “Tamam, gələn ildən hamı üçün bir gün təyin edəcəyik!” Amma ad günü yaxınlaşanda heç nə dəyişmirdi və hər şey yenidən təkrarlanırdı”, – deyə Nərgiz Manaflı gülümsəyərək xatırlayır.

Gənc musiqiçi ailə ənənəsinin davamçısı olub. Onun sözlərinə görə, musiqi uşaqlıqdan həyatının ayrılmaz hissəsidir: “Bəlkə də məhz Tofiq əminin sayəsində musiqinin insan ruhu ilə necə dərindən danışa biləcəyini hiss etmişəm. Nənəm Emiliya Quliyeva da gözəl pianoçu olub, nənəmin bacısı – professor Fəridə Quliyeva isə konservatoriyada fortepiano kafedrasının müdiri və mənim təhsil aldığım Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kiçik zalının yaradıcısı idi”.

Hazırda Nərgiz Manaflı Azərbaycanın müxtəlif səhnələrində çıxış edir, Dövlət Filarmoniyasının Simfonik Orkestrində ifa edir, fərdi repertuarı üzərində çalışır və həm klassik, həm də estrada konsertləri təşkil edir.

“Mən violonçeldə ifa edirəm və məqsədim bu aləti Azərbaycanda daha da populyarlaşdırmaqdır. Hələ də ölkəmizdə violonçel ifaçıları azdır. Ənənə və müasirliyi birləşdirən öz üslubumu tapmağa çalışıram. Mənim üçün ən vacib olan musiqinin canlı, səmimi qalması və dahi babamın yaradıcılığını yaşadan eyni istiliyi daşımasıdır”, – deyə Tofiq Quliyevin bacısı nəvəsi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri