Icma.az
close
up
RU
İki qonşusunun qərarı Rusiyanı narahat etdi Daha bir müharibə anonsu

İki qonşusunun qərarı Rusiyanı narahat etdi Daha bir müharibə anonsu

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Norveçdəki səfirliyi bu ölkənin xarici işlər naziri Espen Eydənin NATO-nun Arktikadakı rolunun güclənməsi ilə bağlı açıqlamasına cavab verib. Səfirlik rəsmi Oslonun şimal rayonlarında gedən intensiv hərbiləşmə və “NATO-laşma” prosesinin həmin ərazilərin təhlükəsizliyini möhkəmləndirmək əvəzinə, bölgədə hərbi-siyasi gərginliyi artırdığını bildirib. Həmçinin bu məsələnin Arktikada eskalasiya riskini yüksəltmək təhlükəsi yaratdığı və ekoloji tarazlığı pozduğu da qeyd edilib.

Norveçin şimal sərhədlərində aparılan işlər nəyə hesablanıb? Ərazidə müşahidə olunan gərgin vəziyyətin eskalasiya ilə nəticələnməsi mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Rusiya artıq üç ildən çoxdur Ukraynada apardığı müharibə ilə regionda ciddi ekoloji böhran yaradıb:

“Belə olan halda, Moskvanın Arktikada NATO-nun hərbi bazalarının yerləşdirilməsini ekoloji tarazlığın pozulması ilə əlaqələndirməsi inandırıcı deyil. Bu proses, əslində, Rusiyanın hərbi baxımdan təzyiq altında saxlanılmasına yönəlib. NATO belə bir addımla faktiki olaraq bu ölkənin ətrafındakı mühasirəni daraldır və onun şimal hərbi birləşmələrini nəzarətə götürür. Nəticədə yeni vəziyyət Kremli narahat edir”.


Mütəllim Rəhimli

Ukrayna müharibəsinə görə gərginləşməkdə olan Rusiya və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər artıq qarşılıqlı hərbi ittihamlar müstəvisinə keçib. Bu, heç də arzuolunan hal deyil. Bütün dünyanın Ukraynada müharibənin bitməsini gözlədiyi bir zamanda, münaqişənin coğrafiyasının genişlənməsi ehtimalı yaranıb. NATO-nun son addımı Rusiya tərəfindən milli təhlükəsizliyə təhdid kimi qəbul olunduğuna görə, Moskvanın mütləq adekvat cavab verəcəyi gözlənilir. Bu isə Arktika regionunu yeni münaqişə ocağına çevirə bilər. Onun fəsadları daha ağır olacaq”.

Qeyd edək ki, paralel olaraq Finlandiya da Rusiya ilə sərhəddə təhlükəsizliyin təmin olunması məqsədilə sədd tikir və müxtəlif cihazlar quraşdırır. Moskva isə buna cavab olaraq bu ölkə ilə sərhəddə qoşunların sayını artırır.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri