Icma.az
close
up
RU
Müharibə daha da alovlanır Rusiyanı hansı cəza gözləyir?

Müharibə daha da alovlanır Rusiyanı hansı cəza gözləyir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Rusiya ordusuna aprelin 1-də başlayan yaz çağırışının son 14 ilin ən böyük çağırışı olacağı gözlənilir. Yaxın üç ay yarım ərzində 160 minə yaxın gənc hərbi xidmətə getməlidir. 

Hazırda Rusiya-Ukrayna cəbhəsində şiddətli döyüşlər gedir. Krivoy Roq şəhərinə “İsgəndər” raketi atıldığı ilə bağlı da məlumatlar dərc olunur. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələri tez-tez Rusiyanın enerji infrastrukturu obyektlərinə hücumlar həyata keçirir.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Rusiya-Ukrayna müharibəsində vəziyyət daha da gərginləşib:

“Rusiya ciddi cəhdlə Ukrayna ərazisində yeni ərazilər işğal etməyə hazırlaşır. Bunun üçün Rusiyada müharibə başlayandan ilk dəfə olaraq total səfərbərlik elan edilib. 18 yaşdan yuxarı olan hər kəs səfərbərliyə cəlb edilir. Rusiyaya yeni və daha çox ərazilər işğal etməyə güc, ordu lazımdır. Müharibə başlayandan bəri Rusiya 965 min əsgər və zabit itkisinə məruz qalıb. Bu, çox böyük rəqəmdir. Ona görə də Kreml belə addımlar atır. Rusiya hücum əməliyyatlarını daha da genişləndirib. Krivoy Roq və Xarkov şəhərlərinə “İsgəndər” raketləri ilə zərbələr endirib. Dronlarla böyük tələfatlar verib. Müharibə səngimək əvəzinə, son günlər daha da qızışıb”.

Elşad Həsənov

Politoloqun sözlərinə görə, yaxın günlərdə ABŞ-ın məsələyə ciddi müdaxiləsi də baş verə bilər:

“Donald Tramp 1 aylıq atəşkəs qərarı versə də, tərəflər bununla razılaşmadı. Nəticədə vəziyyət bir qədər də gərginləşdi. Ukrayna öz torpaqlarını işğaldan azad etmək, Rusiya isə əksinə, yeni ərazilər ələ keçirmək istəyir. Dünya güclərinin təsiri altında ilin sonuna qədər müharibə dayandırılarsa, böyük iş görülmüş olar. Çünki Rusiya hücumları dayandırmaq niyyətində deyil. ABŞ rəsmi Moskvanı cəzalandırmalı, Ukraynaya silah-sursat yardımını daha da artırmalıdır.

Aİ, Böyük Britaniya və Fransa qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı danışıqlar gedir. Bu yalnız müharibənin dayanması halında ola bilər. Rusiyanın növbəti hədəfinə çevrilmək istəməyən Avropa ölkələri Ukraynanın müharibədə qalib gəlməsi üçün dəstək verməkdə davam edirlər”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri