İki toydan 100 min oğurladı: kameraların altında pulları saydı və … ANBAAN VİDEO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Adanada baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sedef Ü. (32) ilə Adem Ü. (33) cütlüyünün toy mərasiminə qonaq kimi qatılan Sinan E. (48), əvvəlcə digər qonaqlarla birlikdə toyda əylənib və tort yeyib. Lakin əsl məqsədinin başqa olduğu daha sonra üzə çıxıb.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Sinan E., toyda qızıl və pul yığımı mərasimi zamanı, kamera çəkilişi gedərkən “saymaq bəhanəsi” ilə qutudan 40 min lirə çıxararaq cibinə qoyub və oğurlayıb.
Daha sonra gəlin və bəyə su təqdim edən “nəzakətli qonaq”, sakitcə salondan ayrılıb.
Lakin onun bu “peşəkar planı” kameraların diqqətindən yayınmayıb. Görüntülərdən şəxsiyyəti müəyyən edilən Sinan E. saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, bir həftə əvvəl başqa bir toyda da eyni üsulla 60 min lirə oğurlayıbmış.
Hazırda Sinan E.-nin daha əvvəl bu cür hadisələrdə iştirak edib-etmədiyi araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 May 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















