Icma.az
close
up
RU
İki yüzdən çox hekayənin və 50 dən artıq kitabın müəllifi

İki yüzdən çox hekayənin və 50 dən artıq kitabın müəllifi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Xalq yazıçısı Natiq Rəsulzadənin 76 yaşı tamam olur

Bakı, 5 iyun, AZƏRTAC

“Hər bir yazıçının ədəbiyyata aparan məxsusi yolu var. Mən birdən-birə yaradıcılığa atılmadım”,- deyən Xalq yazıçısı Natiq Rəsulzadə “İntihar edənin gündəliyi", "Yağışlı bayram", "Adacıq" və digər geniş oxucu rəğbəti qazanmış əsərlər ilə milyonların qəlbini fəth etdi. Ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Biz qayıdacağıq" kimi onlarla film çəkildi. Onun əsərləri bir çox xarici dildə dünyanın müxtəlif ölkələrində çap olundu, milli və beynəlxalq ədəbi mükafatlara layiq görüldü. Amma bütün bu uğurlar onu bir an da olsun dayandırmadı. O, dünən olduğu kimi bu gün də qələmə sarılaraq gənclik şövqü ilə yazıb, yaradır...

AZƏRTAC xəbər verir ki, iyunun 5-də görkəmli Azərbaycan ədibi, kinodramaturq, Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadənin 76 yaşı tamam olur.

Natiq Rəsul oğlu Rəsulzadə 1949-cu ildə Bakıda anadan olub, 1975-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, 55 ildən artıqdır ki, yaradıcılıqla məşğul olur.

1999-cu ildə Ümummilli Lider Heydər Əliyev ədəbiyyat və kino sahəsində qazandığı uğurlara görə Natiq Rəsulzadəyə “Əməkdar incəsənət xadimi” fəxri adını verib. Yazıçının 2019-cu ildə keçirilən 70 illik yubileyində isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona “Xalq yazıçısı” fəxri adı verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən yazıçı, həm də PEN-klub Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan şöbəsinin vitse-prezidentidir.

Natiq Rəsulzadə bizim haqlı olaraq fəxr edə biləcəyimiz müasirimizdir. Yazıçılıq yaradıcılığının təlatümlü cəhətləri, yaradıcı insanın cəmiyyət həyatındakı rolundan danışan Natiq Rəsulzadə həmişə bel bir fikri təkrarlayır ki, “qələmi ürəyə batırıb, qanla yazmaq lazımdır”. O, yaradıcılığının ilk günlərindən bəri bu sözləri rəhbər tutur və yazdığı hər sətirdə həmin fikirlərin əksini görmək olar. Yazıçı gənclik illərində formalaşan üslubuna sadiqdir. Təsadüfi deyil ki, onun kitabları keçmiş SSRİ-dövründə olduğu kimi, bu gün də maraqla qarşılanır, məşhur rus ədiblərindən yüksək rəylər alır, bir sıra Avropa dillərinə tərcümə olunur, yazıçı ilə oxucuların hər bir yaradıcılıq görüşü isə anşlaqla keçir.

Natiq Rəsulzadənin yaradıcılığı, ilk növbədə, həyat haqqında ciddi düşüncələri, mürəkkəb dövrümüzlə bağlı fəlsəfi-bədii ümumiləşdirmələri, pərdəarxası insan münasibətləri ilə diqqəti cəlb edir. Bu mənada onun ilk əsərlərindən birini - “Gecədə atlı” povestini göstərmək olar. Anarın “İtirilmiş şəxsiyyətin ağrısı ilə” resenziyasından: “Gecədə atlı” əsərini haqlı olaraq xəbərdaredici povest adlandırmaq olar ki, burada öz ideallarına, yaradıcılıq prinsiplərinə xəyanət edən bir şəxsiyyətin süqutu, insan ruhunun tədricən məhv olması göstərilir, lakin müəllifin səmimi-qəlbdən inandığı kimi, yenidən dirçəliş üçün hələ də gec deyil” (“Bakinski raboçi” qəzeti, 6 dekabr 1989-cu il).

“Gecədə atlı” povestindən sonra yazıçı çoxlu romanlar, povestlər, hekayələr, o cümlədən “Uzunqulaq”, “Ulduzların altında yol”, “İntihar edənin qeydləri”, “Dekabr”, “Ev”, “Üçgünlük hava”, “Cazibə”, “Duel”, “Payız”, Yeddinci gecə”, “Tramvay”, “Ruhlar arasında, “Kabuslar arasında” və başqa əsərləri qələmə alıb.

Ədəbiyyatın gənc nəslin dünyagörüşünün genişləndirilməsində, düzgün təfəkkürün və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığına inanan Natiq Rəsulzadə mənəvi dəyərləri yaradıcılığının əsas kredosuna çevirib.

Bakıda, Rusiyada, Avropa ölkələrində və bir çox başqa ölkələrdə çap olunmuş əllidən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatı Natiq Rəsulzadə “Hüqo” ədəbi mükafatına (ABŞ) ən yaxşı bədii əsər nominasiyası üzrə namizəd olub.

Yazıçının istedadlı, maraqlı ssenarilərlə zəngin olan yaradıcılığında kinematoqrafiya böyük yer tutur. Bu ssenarilər əsasında çəkilən filmlər tamaşaçıların sevgisini qazanıb. Onların arasında vətənpərvərlik mövzusunda “Girov” (rejissor Eldar Quliyev), “Biz qayıdacağıq” (rejissor Elxan Qasımov), “Qələbə” və bir çox başqa filmlər var.

İki yüzdən çox hekayənin və 50-dən artıq kitabın müəllifi olan Xalq yazıçısı Natiq Rəsulzadə bu gün də tam fədakarlıqla çalışır, Azərbaycan ədəbiyyatının, kinosunun təkcə öz vətənində deyil, onun hüdudlarından çox-çox kənarda da tamaşaçı və oxuculara tanıdılması istiqamətində səy göstərir.

AZƏRTAC-ın kollektivi görkəmli yazıçını anadan olmasının 76-cı ildönümü münasibətilə təbrik edir, ona cansağlığı, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri