Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 % dən çox ucuzlaşıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampla əlaqələndirilən World Liberty Financial (WLF) kriptovalyuta şirkətinin tokeninin dəyəri iki saat ərzində 50 %-dən çox azalıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Noyabrın 28-dən 29-na keçən gecə kriptovalyutanın qiyməti 0,037 dollardan 0,016 dollara düşüb.
Kəskin ucuzlaşmadan sonra şirkət kriptovalyuta birjası "Binance"i bazarı manipulyasiya etməkdə ittiham edib. WLF-in iddiasına görə, birja tokenin alışı və satışı üzrə mövqeləri müstəqil şəkildə bağlayıb və bu, onun dəyərinin kəskin azalmasına səbəb olub.
"Binance" isə vəziyyətdən xəbərdar olduğunu və qeyd olunan dövr üzrə bazar aktivliyini təhlil etdiyini bildirib.
Telekanalın qeyd etdiyi kimi, hadisə Tramp və WLF-ə qarşı Kolumbiya dairəsindəki məhkəməyə iddia qaldırılmasından bir ay sonra baş verib. İddiada 2 milyard dollardan çox məbləğdə kriptovalyuta əməliyyatları ilə əlaqəli korrupsiya ittihamları irəli sürülüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Noyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















