Icma.az
close
up
RU
İkili vətəndaşlığı olan ermənilər seçkidə Paşinyan üçün risk amildir Qafar Çaxmaqlı

İkili vətəndaşlığı olan ermənilər seçkidə Paşinyan üçün risk amildir Qafar Çaxmaqlı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müxalif blokun planı Rusiyada yaşayan erməniləri İrəvana gətirərək, səsverməni özlərinin xeyrinə təmin etmək üzərində qurulub"

Ermənistanda siyasi gündəm Rusiyanın seçki prosesinə təsir göstərmək cəhdləri ucbatından qarışıq vəziyyət alıb. İyunun 7-də keçiriləcək parlament seçkilərində, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq preizdent Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır.

Rusiyada ikili vətəndaşlığa sahib olan ermənilərin İrəvana gətirilərək revanşistlərin lehinə səsvermə aparma ehtimalı, Paşinyan hökumətini qorxuya salıb. Dəfələrlə İrəvan rəsmiləri bu plana alət olanlara qarşı cinayət işi açılacağını bildiriblər. Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın sonuncu görüşü Moskvanın əsl niyyətini üzə çıxardı. Putin açıq şəkildə Rusiya vətəndaşı olanların seçkilərdə iştirakının təmin olunmasını tələb etdi. Paşinyan isə cavabında, seçkilərdə yalnız Ermənistan vətəndaşlarının iştirak edə biləcəyini vurğuladı. Lakin özündə risk amili daşıyan əsas məqamlardan biri də Ermənistanın Gümrü Lori, Vanadzor kimi bir sıra bölgələrində ikili vətəndaşlığa sahib ruspərəst sakinlərin yaşamasıdır. Görünən odur ki, Avropa İttifaqının xarici müdaxilələrə qarşı Ermənistana dəstək məqsədilə xüsusi missiya göndərməsi, ölkənin daxili təhlükəsizlik mühitinin mürəkkəbliyini tam əhatə etmir.

Mövzu ilə bağlı Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Ermənistanın bəzi bölgələrində hökümətin özünün belə sayını bilmədiyi ikili vətəndaşlığa sahib olan ermənilər var: 

“Şübhəsiz ki, onlar Paşinyan hökuməti üçün risk amili daşıyır. Ermənistan hökumətinin verdiyi yeni qərara əsasən, Rusiya vətəndaşları və ya xarici ölkələrdə yaşayan ermənilər seçkilərdə iştirak edə bilməyəcək. Məlumdur ki onlar, S.Karapetyan, R.Koçaryan və Q.Sarukyan fiqurlarına səs verəcəkdilər. Bu qərarın təməl prinsipi həmin prosesi bloklamaqdan ibarətdir. Amma bu qərarın ikilivətəndaşlığı olan şəxslərə aiddiyatı yoxdur. Yəni seçkilərdə iştirak etmək üçün Ermənistan pasportuna sahib olmaq kifayətdir. Baş nazir postu uğrunda mübarizə aparan revanşist qüvvələrin böyük sərvəti onlara bağlı qapıların açılmasına imkan yaradır”. 

Professorun sözlərinə görə, müxalif blokun planı Rusiyada yaşayan erməniləri İrəvana gətirərək, səsverməni özlərinin xeyrinə təmin etmək üzərində qurulub:

“Müəyyən mənada bunun qarşısını almaq mümkün olacaq. Çünki Ermənistan sərhəd bölgələrində nəzarət tədbirlərini gücləndirib. Xüsusilə Gürcüstan istiqamətindən ölkəyə daxil olan şəxslər daha ciddi yoxlamalara cəlb olunur. Paşinyanın belə bir düşüncəsi var ki, xaricdə yaşayan ermənilər Ermənistana gəldikdə, fikirlərini dəyişəcəklər. Onun bu bəyanatı reallığı əks etdirmir. Paşinyan sadəcə seçki qabağı bu cür təbliğatyönümlü fikirlərlə insanları ələ almaq istəyir. Ermənistanda və xaricdə yaşayan ermənilər arasında aparılan sorğular göstərir ki, Paşinyan öndədir”. 

Q. Çaxmaqlı qeyd edib ki, hazırda Ermənistanda parlament seçkilərində tək partiyalar üçün baraj (seçki həddi) 4%-dir:

“2 və ya 3 partiya bloku üçün isə 8%-dir. Yəni bir partiya parlamentə düşmək üçün ən azı səslərin 4%-ni toplamalıdır. Nəzərə almaq lazımdır ki, seçkilərdə Baş nazir postuna namizəd olanlar arasında iqtidarın siyasətini dəstəkləyən partiyalar da var. Onlar asanlıqla səs toplayıb barajı keçə bilərlər. Paşinyan bu qüvvələrlə koalisiya qura bilər. Digər müxalif qüvvələrin koalisiya qura biləcək qədər saya sahib olması sual altındadır. Çünki Koçaryan, Karapetyan və Sarukyanın elə də elektoratı yoxdur. Onların üçü də koalisiya təşkil etmək gücündə deyillər”. 

Alimin fikrincə, Paşinyan, onun hakimiyyətinə qənim kəsilən qüvvələri zərərsizləşdirmək üçün ölüm-dirim savaşına girib:

“Bu prosesdə arxasına Avropa İttifaqı kimi güclü təşkilatı alıb. Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilməsi revanşist qüvvələrə güc nümayişi xarakteri daşıyırdı. Azərbaycanla sülh şəraiti də Paşinyanın şansını gücləndirir. Paşinyan Ermənistan cəmiyyətinə xəbərdarlıq etdi ki, Baş nazir postuna revanşist qüvvələrdən hər hansı biri otursa, müharibə qaçılmaz olacaq. Ermənistan xalqı da müharibənin acı fəsadlarını daddığı üçün Paşinyanın seçilməsinə çalışacaqlar. Artıq Türkiyə ticarət məqsədilə Ermənistanla sərhədlərini açıb. Paşinyana qarşı nə qədər qaralama kampaniyası aparılsa da, bunların xalqın nəzdində heç bir əhəmiyyəti olmayacaq”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri