Icma.az
close
up
RU
“Paşinyan sülh müqaviləsindən yayınmaq üçün siyasi manevrlərə əl atır” Qafar Çaxmaqlı

“Paşinyan sülh müqaviləsindən yayınmaq üçün siyasi manevrlərə əl atır” Qafar Çaxmaqlı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh müqaviləsini imzalamaq üçün görüləcək işlər var.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan poltioloq Qafar Çaxmaqlı bildirdi ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bəndləri razılaşdırılandan sonra sevinərək dedi ki, Ermənistan müqavilənin imzalanması anında ATƏT-in Minsk qrupundan imtina etməyə hazırdır:

"Əgər bu müqavilə Ermənistan Konstitusiyasında bəlli müddəalarla (Azərbaycana qarşı ərazi iddiaları ilə) ziddiyyət təşkil edərsə, Ermənistan uyğun şəkildə düzəlişə getməyi öhdəsinə alacaq. İndi Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın İctimai TV-yə verdiyi müsahibə Baş nazir Paşinyanın mövqeyindən kəskin şəkildə fərqlənən fikirlər səsləndirir. Mirzoyanın öz ölkəsinin rəhbərinin dediklərindən xəbəri yoxdur? Əlbəttə, var. Amma Paşinyan bu fikri özü deyil, XİN rəhbərinə dedirdir. Çünki daxili auditoriyaya hesablanmış siyasətdə dividendlər qazanmaq istəyir. Bu, Azərbaycanın tələbi qarşısında Ermənistanın üzərinə düşəni yerinə yetirməkdən imtina etmək cəhdidir. Ermənistan Konstitusiya dəyişikliyinə 2027-ci ildə gedəcəyini nəzərə alsaq, müqavilənin də həmin tədbirdən sonra olacağını söyləmək olar. Amma gedişmələr, xüsusən Vaşinqton razılaşması bu müqavilənin daha tez imzalanacağını göstərirdi. Ona görə də razılaşdırılmış 17 maddə paraflandı. İndi Ermənistan buna getmək istəmirsə, suç bizdə deyil. Dəfələrlə demişik ki, Azərbaycan bu sənədin imzalanması üçün tələsmir".

Müsahibimiz əlavə etdi ki, Ermənistan Vaşinqtonda əldə edilmiş razılaşmaları pozmaq istəyirsə, məsuliyyət də onun boynunda qalacaq:

"Ermənistanda Zəngəzur koridorunun açılması və Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçidin verilməsi məsələsində də manipulyasiya edilir. Ermənistanda bu məsələ məhz hakimiyyətin tapşırığı ilə hər gün müzakirə olunur və Ermənistanın ərazi bütövlüyü və qanunları ilə tənzimlənəcəyi fikri təlqin olunur. Bu məsələdə də Paşinyan siyasi manevr edir, guya bu koridor da Azərbaycanın istəyi ilə deyil, Ermənistanın təqdim etdiyi "sülh kəsişməsi" layihəsi ilə həyata keçirilməsi nəzərdə tutulub. Mirzoyanın dediyi "görüləcək işlər var" ifadəsi də manipulyasiya üçün yer qoymaq cəhdidir. Görüləcək iş Zəngəzur koridorunun keçəcəyi ərazini təmizləyib burada tikinti işlərinin getməsinə şərait yaratmaqdır. Maneəsiz keçidimizi təmin etməkdir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri