Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycannın da müstəsna payı olub

İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycannın da müstəsna payı olub

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"1945-ci ildə faşizm üzərində qazanılmış Qələbə, bəşəriyyətin azadlığı və sülhü uğrunda aparılmış misilsiz bir mübarizənin təntənəsi idi. Bu tarixi zəfərin əldə olunmasında müxtəlif xalqlar kimi Azərbaycan xalqının da müstəsna payı olmuşdur. Bu gün, Qələbənin 80 illiyi ərəfəsində həmin rolun əhatəli şəkildə qiymətləndirilməsi həm tarixi yaddaşın qorunması, həm də gənc nəslin milli şüurunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır."

Bunu Modern.az-a Milli Məclisin deputat Azər Kərimli deyib.

Azər Kərimli bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycan 600 mindən çox övladını cəbhəyə yolladı, onların yarısı – 300 mindən çoxu döyüşlərdə həlak oldu:

"Bu, xalqımızın verdiyi ağır, lakin şərəfli töhfə idi. 170 mindən artıq azərbaycanlı döyüşçü göstərdikləri igidliyə görə müxtəlif orden və medallarla təltif olunmuş, yüzlərlə qəhrəmanımız isə SSRİ-nin ən yüksək mükafatlarına – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycanlılardan formalaşdırılmış milli diviziyalar – 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı atıcı diviziyalar – Qafqazdan Berlinədək döyüş yolu keçərək saysız-hesabsız şəhərlərin azad olunmasında iştirak ediblər. Bu diviziyalar Moskva, Leninqrad, Stalinqrad, Kiyev və Odessa kimi strateji əhəmiyyətli məntəqələrdə döyüşərək Qələbəyə yol açan əsas qüvvələrdən biri olmuşdur.

Stalinqrad döyüşü kimi dövrün ən qanlı və həlledici döyüşündə azərbaycanlıların xüsusi fəallığı tarixə düşüb. Həzi Aslanovun tank alayı, Baloğlan Abbasovun snayperlər dəstəsi bu döyüşdə böyük qəhrəmanlıq göstərmiş, 1600-dən artıq azərbaycanlı “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunmuşdur."

Deputat qeyd edib ki, II Dünya müharibəsi bir “motorlar savaşı” idi:

"Tanklar, təyyarələr, hərbi maşınlar – hamısı yanacaqla işləyirdi. Məhz bu dövrdə Azərbaycan nefti Qələbənin əsas təkanverici qüvvəsinə çevrildi. Müharibə illərində SSRİ-də çıxarılan neftin 70 faizi, benzinin və digər yanacaq məhsullarının böyük hissəsi məhz Azərbaycanda hasil edilirdi. Cəmi müharibə dövründə Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və müxtəlif növ yanacaq vermişdi. Bu, təkcə iqtisadi deyil, həm də strateji güc idi.

Marşal Georgi Jukovun dediyi kimi, "Bakı neftçiləri Vətənin müdafiəsi üçün nə qədər yanacaq lazımdırsa, onu da verirdi." Azərbaycan alimlərinin yaratdığı yüksək keyfiyyətli neft məhsulları və Bakının gündə 12 saatlıq iş rejiminə keçməsi bu əməyin miqyasını və fədakarlığını göstərir."

Millət vəkilinin sözlərinə görə Azərbaycan xalqı təkcə cəbhədə deyil, arxa cəbhədə də müstəsna fədakarlıq nümayiş etdirmişdir:

"Əhali şəxsi vəsaitləri hesabına Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş və 320 milyon rubl pul köçürmüş, cəbhəyə 1,6 milyondan artıq zəruri mal və 125 vaqon isti geyim göndərmişdi.

Bundan başqa, sənaye və kənd təsərrüfatı sahələri də tamamilə hərbi ehtiyaclara yönəlmişdi. 130 adda silah-sursat, 5457 yük avtomobili, milyonlarla dəst geyim və digər təchizat vasitələri istehsal edilərək orduya göndərilmişdi."

A.Kərimlinin sözlərinə görə azərbaycanlılar yalnız SSRİ ərazisində deyil, Avropanın bir çox ölkələrində də faşizmə qarşı mübarizə aparmışlar:

"Fransada, Yuqoslaviyada, Polşada, Çexiyada, Slovakiyada, İtaliyada partizan dəstələrinin tərkibində vuruşmuş, gizli antifaşist təşkilatları yaratmışlar. Bu xüsusda Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Ziya Bünyadov kimi qəhrəmanların adları Azərbaycanın hərbi tarixində qızıl hərflərlə yazılmışdır.

Azərbaycanın II Dünya müharibəsində rolu təkcə statistik rəqəmlərlə deyil, həm də mənəvi və ideoloji baxımdan qiymətləndirilməlidir. Bu müharibə həm xalqın gücünü, həm də onun ədalət və azadlıq uğrunda fədakarlığını göstərdi. Faşizmə qarşı qələbədə Azərbaycanın göstərdiyi misilsiz fədakarlıq, qəhrəmanlıq və əzm bu gün də xalqımızın fəxarət mənbəyidir və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri