Azərbaycannın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 18 avqust, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.
Heyətdə Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) yer alıblar. Komanda Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.
Toplanış avqustun 29-da yekunlaşacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















