Icma.az
close
up
RU
İkinci əl geyimlərə üz tutmaq dəb, yoxsa ehtiyacdır? MARKETOLOQDAN AÇIQLAMA FOTO

İkinci əl geyimlərə üz tutmaq dəb, yoxsa ehtiyacdır? MARKETOLOQDAN AÇIQLAMA FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əvvəllər yalnız maddi sıxıntı yaşayanların müraciət etdiyi ikinci əl geyim dükanları bu gün artıq həm qənaət, həm də unikal üslub axtaranlar üçün cazibədar məkanlara çevrilib. 

Sosial mediada yayılan "vintage" və "retro" tərz trendləri, ətraf mühitə daha az zərər vermək məqsədi ilə təkrar istifadəyə yönəlik şüurlu seçimlər bu mağazaların populyarlığını artırır. Bəzi insanlar bu dükanlara ehtiyacdan, bəziləri isə sadəcə fərqli və orijinal görünmək üçün üz tutur.

Bəs ikinci əl geyim dükanları ehtiyac, yoxsa dəbdir?

Mövzu ilə bağlı marketinq mütəxəssis Elxan Mərdanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, ikinci əl geyimlər əsasən ehtiyac üzündən alınır:

“Bu geyimlərə daha çox maddi durumu zəif olan, aylıq gəliri aşağı olan insanlar üstünlük verir. Çünki bu alış-veriş, adətən bir seçimdən yox, məcburiyyətdən doğur.
Lakin burada diqqət edilməli ciddi məqamlar var. Bir geyimin ucuz olması, onun təhlükəsiz olduğu anlamına gəlmir. İlk növbədə bu geyimlərin harada satıldığı çox önəmlidir. Hər hansı köhnə, tozlu, sanitar nəzarətsiz yerlərdən alınan geyimlər sağlamlıq üçün birbaşa təhlükə yarada bilər. Bu məhsulların satışdan əvvəl yuyulub-yuyulmadığı, dezinfeksiya olunub-olunmadığı mütləq nəzərə alınmalıdır.

Digər bir mühüm məqam cib detallarıdır. Xüsusilə cib hissəsində əvvəlki sahibindən qalmış zərərli maddələr ola bilər. Bəzən iynə, bıçaq, ya da kimyəvi maddələr həmin geyimdə qala bilər ki, bu da xüsusilə uşaqlar üçün böyük təhlükə yaradır.

Ən ciddi təhlükə isə sağlamlıqla bağlıdır. İkinci əl geyimlər bəzən müxtəlif dəri xəstəliklərinə, qaşınmalara, göbələk infeksiyalarına, hətta allergik reaksiyalara səbəb ola bilər. Təsəvvür edin, bu geyim daha əvvəl infeksiyalı bir insan tərəfindən istifadə olunub və heç bir təmizləmə prosesi aparılmadan başqa birinə satılır. Bu, sadəcə maddi yox, həm də mənəvi istismardır”.

Mütəxəssis əlavə edib ki, dünya təcrübəsində isə bu proses müəyyən nəzarət çərçivəsində həyata keçirilir:

“İnkişaf etmiş ölkələrdə ikinci əl geyimlər ciddi şəkildə təmizlənir, dezinfeksiya olunur və yalnız bundan sonra satışa buraxılır. Bu məhsullar əsasən üçüncü dünya ölkələrinə göndərilir. Təəssüf ki, bu məhsullar bizim kimi ölkələrdə də keyfiyyətə nəzarət olmadan satışa çıxarılır və nəticədə risk alıcıya ötürülür.

Alternativi var: Ucuz yox, münasib və yeni geyimlər!

Bəs çıxış yolu nədir? İnsanları ikinci əl geyimlərə məcbur buraxmamaq üçün nə etmək olar?

Əslində, bu sualın cavabı çox sadədir: qanunvericilik dəyişməlidir.

Az təminatlı ailələrin birinci əl, yeni geyimlər alması üçün dövlətin vergi və gömrük siyasəti yenidən nəzərdən keçirilməlidir. Mövcud vəziyyətdə məhsullar ölkəyə gətirilərkən sahibkar əvvəlcədən 18% ƏDV və eyni zamanda gömrük rüsumları ödəməli olur. Bu isə satış qiymətinin süni şəkildə artmasına gətirib çıxarır və nəticədə son istehlakçı, yəni alıcı bu yükü daşıyır.

Əgər ƏDV dərəcəsi 18% daha aşağıya endirilsə, məsələn 5-8% aralığında tətbiq olunsa, qiymətlərdə ciddi enmə müşahidə olunacaq. Eyni zamanda gömrük rüsumlarına yenidən baxılmalı, bütün məhsullara vahid və aşağı faizli rüsum tətbiq edilməlidir.

Xüsusilə uşaq geyimləri üçün bu məsələ daha həssas şəkildə nəzərdən keçirilməlidir. Uşaqlar bizim gələcəyimizdir. Onların ikinci əl geyimlərlə böyüməsi həm fiziki, həm də psixoloji baxımdan arzuolunmazdır. Uşaq geyimlərinə ƏDV və gömrük rüsumları tamamilə ləğv olunmalıdır. Bu addım birbaşa olaraq ailələrin yükünü azaldar, valideynlərə daha rahat seçim imkanı verər”.

Elxan Mərdanlı son olaraq bildirib ki, bazarda keyfiyyətli, yeni və münasib qiymətli geyimlərin əlçatanlığı artırılmalıdır:

“İnsanlar artıq riskli ikinci əl məhsullara yönəlmək məcburiyyətində qalmazlar. Bu, təkcə iqtisadi deyil, ictimai sağlamlıq və sosial rifah üçün də vacib məsələdir.
Unutmayaq ki, uşaqlarımız ikinci əl gələcək yaşamamalıdır. Onlara sağlam, layiqli bir həyat qurmaq üçün biz bu gün addım atmalıyıq”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri