İkinci yarıda hər şey çökdü Karlo Ançelotti
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda komandasının "Arsenal"a məğlubiyyətini (0:3) şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin fikirlərini UEFA-nın mətbuat xidməti belə təqdim edib:
"Oyunumuzu qiymətləndirərkən tənqidi olmalıyıq. Bəzi şeylər işlədi, bəziləri yox. İkinci yarıda isə hər şey çökdü.
Hesab 0:0 olarkən məmnun idim, amma buraxılan qollara reaksiyamız çox pis oldu. Meydanda kompakt qalmağa çalışdıq, amma bunu edə bilmədik. Cavab olaraq ortaya heç nə qoya bilmədik. Sonra fərdi hərəkətlərlə nəsə etməyə çalışdıq, lakin belədə oyuna nəzarəti itirdik. Rəqib topa daha yaxşı nəzarət edirdi. Nəticə məyusedicidir".
Qeyd edək ki, cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















