İkiqat “Qremmi” mükafatı laureatı Peabo Bryson vəfat edib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Musiqiçi klassik Disney cizgi filmlərinə yazılmış mahnılar sayəsində şöhrət qazanmışdı.
“Variety” nəşri xəbər verir ki, sənətçi 76 yaşında dünyasını dəyişib.
P.Bryson musiqi karyerası ərzində böyük uğurlara imza atıb və xüsusilə "Disney" animasiya filmlərinə bəxş etdiyi unudulmaz ifalarla dünya miqyasında tanınıb.
1993-cü ildə “Beauty and the Beast” kompozisiyasına görə ilk “Qremmi” mükafatını qazanan sənətçi, 1994-cü ildə isə “A Whole New World” duetinə görə ikinci dəfə bu nüfuzlu mükafata layiq görülüb.
Onun ifaları uzun illərdir dinləyicilər tərəfindən klassik pop və romantik balladaların ən parlaq nümunələrindən biri kimi qəbul olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl caz musiqisinin əfsanələrindən biri, üçqat “Qremmi” laureatı Sonny Rollins da 95 yaşında vəfat etmişdi.
S.Rzayeva
XQ
Baxış sayı:173
Bu xəbər 03 İyun 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















