Icma.az
close
up
RU
İkitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır

İkitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Milli maraqlar üzərində qurulan xarici siyasət kursu Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq miqyasda müstəqillik, suverenlik prinsipərindən çıxış edən, heç kimdən asılı olmayan, eyni zamanda, yeni çağırışlar qarşısında qlobal həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verən uğurlu dövlət kimi tanınır. Ölkəmizlə tərəfdaşlıq münasibətlərini genişləndirməyə çalışan dövlətlərin sayının getdikcə artması bunun əyani təzahürüdür. Belə dövlətlərdən biri də Şimali Makedoniyadır”.

“Yeni Gundem” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçılarının görüşü keçirilib, aktual müzakirələr aparılıb və prezidentlər mətbuata bəyanatlar veriblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd edib: “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur”.

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan qısa müstəqillik tarixində həm İslam coğrafiyasında, həm də Avropa məkanında yerləşən ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. O cümlədən bu gün  Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi respublikamızın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Belə bir vəziyyətdə zəngin resurslara malik olan Azərbaycan Avropa üçün önəmli ölkəyə çevrilib. Ölkəmiz ədalətli enerji siyasəti həyata keçirir. Azərbaycanın birmənalı mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. Bunun nəticəsidir ki, ayrı-ayrı Avropa dövlətləri respublikamızla enerji əməkdaşlığını genişləndirməyə çalışırlar. Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Bu dövlət ilə də enerji əməkdaşlığının böyük perspektivləri var. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Respublikamızın Avropa və ölkəsi üçün əhəmiyyətinin artdığını bildirən Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatı zamanı “Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir”, – deyə vurğulayıb.

“Bütövlükdə, Azərbaycan son illər Balkan ölkələri ilə əlaqələri genişləndirir. Bu baxımdan, Azərbaycan- Şimali Makedoniya əlaqələrinin perspektivdə daha da güclənəcəyini əminliklə söyləyə bilərik”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 15 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri