Icma.az
close
up
RU
İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməllər qurulacaq ŞƏRH EDİLDİ

İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməllər qurulacaq ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"İran və Azərbaycan arasında son dövrlər kifayət qədər ziddiyyətli münasibətlər olsa da, Şərqi Zəngəzur rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin formalaşması yönündə Azərbaycan və İran arasında anlaşma memorandumunun imzalanması ikitərəfli münasibətlərə dinamizm gətirdi. Bununla da regionda yeni avtomobil və dəmir yolu şəbəkəsi formalaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Araz çayı üzərində tikiləcək körpülər vasitəsilə bu mühüm bağlantı formalaşdırılacaq: "Bu, Şərq ilə Qərb arasında əlaqənin formalaşması və Orta Dəhliz ideyasının inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Xudafərin və Qız Qalası su anbarlarının, hidroqovşağın istifadəyə verilməsi həm enerji, həm də kənd təsərrüfatı baxımından əlamətdar hadisə idi. Azərbaycan və İran prezidentləri sərhəddə görüşərək bu açılış mərasimində iştirak etdilər, mühüm nitqlər söyləndi və eyni zamanda ikitərəfli siyasi məsləhətləşmələr və təmaslar davamlı xarakter aldı.

Bununla yanaşı, Pezeşkiyanın təbrik məktubu, eləcə də Dr. Pezeşkiyanın xarici məsələlər üzrə müşavirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə inkişafı müəyyənləşdirmək üçün müsbət addım kimi qiymətləndirilir. Hətta İran prezidentinin Azərbaycana səfəri də gözlənilir ki, bu da düşünürəm ki, mühüm hadisəyə çevriləcək. İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməllər qurulacaq. Biz hər zaman İranla mehriban qonşuluq siyasətinə tərəfdar olmuşuq. Tarixi və dini bağlar çox möhkəmdir və hesab edirəm ki, dostluq, tərəfdaşlıq və strateji münasibətlərin formalaşması hər iki dövlətin xeyrinədir".

"Bu gün dünyada gedən mühüm geosiyasi proseslər fonunda dövlətlərin daha sıx tərəfdaşlıqı və yaxınlaşması mühüm amil kimi dəyərləndirilir. Yaxın Şərqdə gedən müharibə, Rusiya-Ukrayna müharibəsi həm də digər dövlətlər üçün həm bu transformasiyaları izləmək, həm də möhkəm dostluq münasibətlərini formalaşdırmaq düşüncəsini yaradır. Hesab edirəm ki, bu fürsətlərdən maksimum dərəcədə istifadə etmək lazımdır ki, dövlətlərimiz sülh, təhlükəsizlik və rifah içində yaşasınlar" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri