Icma.az
close
up
RU
İkiüzlülük bu qlobal problemlərin həllinə əsas maneədir

İkiüzlülük bu qlobal problemlərin həllinə əsas maneədir

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Qərb ölkələri iqlim dəyişiklikləri nəticəsində yaranmış problemlərin həllinə maksimum şəkildə, yaxud da, minimum həddə pul ayırmağa üstünlük verirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, çünki onlar başa düşürlər ki, bu pulların ayrılması xüsusilə də, inkişaf etmiş ölkələr üçün iqtisadi mövqelərini zəiflədə bilər: "İllərdir ki, Qərb ölkələri inkişafda olan ölkələrin sərvətlərini talayıblar, mənimsəyiblər. Burada çirkli texnologiyalardan, qanunsuz texnologiyalardan istifadə ediblər. Bu da son nəticədə həmin ölkələrin təbiətinə böyük zərbə vurub. Bu problemlərin aradan qaldırılması üçün külli miqdarda pul lazımdır. Bu pulları da Qərb vəhşi siyasətinin nəticələrinin düzəlməsinə ayırmaq istəmir. Ona görə də, COP29 çərçivəsində bu məsələ ən çox müzakirə olunan məsələ idi.

Qərb ölkələrinin xərclər strukturuna baxsaq, görə bilərik ki, daha çox pul müharibələrə, müdafiə məqsədlərinə ayrılmış istiqamətlərə xərclənir. Nəticə etibarilə Qərb hal-hazırda daha çox müharibələrlə məşğuldur, nəinki iqlim dəyişmələri ilə. Müdafiə xərcləri son bir neçə il ərzində kəskin şəkildə artıb. Milyardlarla dollar ilə müharibələrə, silah-sursatların hazırlanmasına yönəlir. Ona görə də, əlavə xərclər təklif olunur ki, bu iqlim dəyişikliklərinin nəticələrinin qarşısını almaq üçün yönələn xərclər onlar üçün önəmli deyil. Onun üçün əlavə xərclər ayırmaq istəmirlər".

"COP29 çərçivəsində aparılan diskussiyalar, Qərb ölkələrinə qarşı kəskin tənqidlər, Azərbaycanın ustalıqla keçirdiyi danışıqlar, vasitəçilik rolu öz nəticəsini verib. Sonda bu qərar qəbul olunub. Bunu da demək lazımdır ki, qərarı Qərb ölkələri də alqışlayıblar. Xüsusilə, Amerika Birləşmiş Ştatlarının prezidenti, Avropa komissiyasının sədri alqışlayıb. Hərçənd ki, bu dairələr bir neçə həftə bundan əvvəl bu iqlim sazişini, Azərbaycanı tənqid edirdilər. Əsassız şəkildə Azərbaycanı ittiham edirdilər. Amma indi vəziyyət dəyişib. Çünki Azərbaycan konkret nəticələr əldə edib. Bu da onların ikiüzlü siyasətini bir daha göstərir. Azərbaycan əgər hansısa nailiyyətə imza atmasa idi, tənqidlər düşünmək olar ki, birə on artacaqdı. Azərbaycan tənqidlər üçün heç bir əsas verməyibsə, hətta uğurlara əl atıb, bu dairələr təcili şəkildə öz mövqelərini dəyişiblər. Azərbaycanı alqışlayırlar. Onların siyasəti həmişə belə olub, həmişə də belə olacaq. Ona görə də, təəccüblənmək olmaz ki, dünyada qlobal problemlər bu şəkildə həll olunur, daha çox həll olunmur. Çünki ikili standartlar, ikiüzlülük bu qlobal problemlərin həllinə əsas maneədir" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri