Icma.az
close
up
RU
İKTA da İctimai Şura üzvləri ilə görüş keçirilib FOTOLAR

İKTA da İctimai Şura üzvləri ilə görüş keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov və İKTA rəhbərliyinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan Agentliyin İdarə heyətinin sədri Nail Mərdanov qurum tərəfindən 2024-cü ildə görülmüş işlər haqqında məlumat verib.

2024-cü ilin İKTA üçün məhsuldar olduğunu qeyd edən Agentlik sədri ötən il “E-Şikayət” sistemi üzrə şikayətlərin statistikasını, telekommunikasiya xidmətlərindən istifadə üzrə şikayət indeksini və şikayətlərin ortalama cavablandırılma müddətinin dərc edildiyini və bir sıra elektron xidmətlərin istifadəyə verildiyini bildirib.Bu elektron xidmətlər sırasında radioelektron vasitələrə icazələrin

verilməsi, “E-Şikayət” sistemi üzərindən poçt xidmətləri ilə bağlı müraciətlərin qəbulu, eyni zamanda məlumat toplama sisteminin genişləndirilərək poçt rabitəsi operatorlarından da hesabatların toplanıldığını qeyd etmək olar.

Qonaqlar Azərbaycanda mobil operatorların pərakəndə satış qiymətlərinin dövlət tərəfindən tənzimlənmədiyi üçün qiymətlərin yüksək olduğunu, mobil operatorların qiymətlərinin tənzimlənməsinin faydalı ola biləcəyini vurğulayıblar.

İKTA rəsmisi qeyd edib ki, bu gün qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar qiymətləri özləri müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.

Görüşdə, həmçinin operatorlararası funksional “Local Exchange” arabağlantıların səmərəli təşkili müzakirə predmeti olub. Osman Gündüz arabağlantı çətinliklərinin olduğunu, lokal trafikin beynəlxalq mübadilə nöqtələri üzərindən “routing” olduğunu deyib. İKTA sədri bu istiqamətdə monitorinqlər aparıldığını, nəticələrin qənaətbəxş olmadığının müəyyən edildiyini, İKTA-nın nəzarəti altında arabağlantı portlarının sayının artırıldığını qeyd edib: “Hazırda ölkədə “Tier 1” operatorlararası lokal trafik mübadiləsi qənaətbəxş səviyyəyə gətirilib”. 

Eyni zamanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının hazırlanaraq qəbul edilməsi istiqamətində müzakirələr aparılıb. Bildirilib ki, yeni qanun layihəsində radiotezliklərdən müştərək icazə və mobil virtual şəbəkə operatoru icazələri nəzərdə tutulub. Bu yeniliklərin ölkəmizdə mobil telekommunikasiya xidmətinin inkişafına impulsiv təkan verməsi gözlənilir. 

Müzakirələrin sonunda İctimai Şura sədri Siruz Abasbəyli çıxış edərək bildirib ki, İKTA tərəfindən qısa müddətdə əhəmiyyətli layihələr həyata keçirilib və bu layihələrin daha da effektiv olması üçün ictimai maarifləndirmənin genişləndirilməsinə ehtiyac var.

Həmçinin belə görüşlərin mütəmadi keçirilməsi, layihələrin, o cümlədən normativ hüquqi akt layihələrinin hazırlanma prosesində İctimai Şura üzvlərinin də rəylərinin nəzərə alınması tövsiyə olunub.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri