Icma.az
close
up
RU
İKTA da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib FOTO

İKTA da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib FOTO

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov İctimai Şura ilə davamlı dialoqun əhəmiyyətini vurğulayaraq belə müzakirələrin dövlət-cəmiyyət əməkdaşlığının güclənməsinə xidmət etdiyini qeyd edib. Bildirib ki, müzakirələr mövcud çağırışların daha düzgün qiymətləndirilməsi və qarşıda duran prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır. 

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov Agentliyin fəaliyyətində açıq dialoqa və ictimai iştirakçılığa xüsusi önəm verildiyini deyib. O vurğulayıb ki, Şura üzvlərinin səsləndirdiyi fikir və təkliflər Agentliyin fəaliyyətinin təkmilləşməsinə mühüm töhfə verir və bu müzakirələr artıq davamlı əməkdaşlıq formatına çevrilib.

Görüşdə Agentliyin 2025-ci ildə həyata keçirdiyi əsas işlər təqdim edilib. Xüsusilə vurğulanıb ki, ilk dəfə olaraq sektorda “uçot sistemi və hesabatlılıq” mexanizmi qurulub, telekommunikasiya operator və provayderlərinin uçotu aparılıb. Hazırda uçota alınmış 145-ə yaxın aktiv operator və provayder fəaliyyət göstərir.

Bildirilib ki, son 20 ildə ilk dəfə “hüquqi islahatlar və tənzimləyici çərçivənin yenilənməsi” istiqamətində kompleks işlərə başlanılıb, yeni normativ baza üzrə konseptual layihələr hazırlanıb və istehlakçı hüquqlarının qorunması məqsədilə elektron informasiya sistemi, şikayət və monitorinq alətləri istifadəyə verilib.

Həmçinin xidmət keyfiyyətinə nəzarət (QoS/QoE) mexanizmi formalaşdırılıb, real-şəbəkə monitorinqləri təşkil edilib və İKTA-nın institusional inkişafı istiqamətində təşkilati strukturun gücləndirilməsi davam etdirilib.

Görüş zamanı İKTA-nın 2026 – 2028-ci illər üzrə Strateji Fəaliyyət Planı təqdim olunub və bununla bağlı müzakirə aparılıb. 

Eyni zamanda internet xidmətlərinin keyfiyyətinə dair aparılan təhlillər, o cümlədən “İnternet sürətinə təsir edən 10 kritik faktor” təqdim edilib. Operator və provayderlərin növbəti illərdə icra etməli olduqları tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Şura üzvlərinə bildirilib ki, “Ookla” ilə razılaşdırılmış şəkildə bu aydan başlayaraq İSP-lər üzrə aylıq median internet sürəti göstəriciləri İKTA-nın rəsmi informasiya resurslarında dərc olunacaq.

Görüş çərçivəsində, həmçinin 2019 – 2025-ci illər üzrə ölkədə mobil və stasionar internetin sürət dinamikasını, sürət artımını şərtləndirən amilləri və qlobal müqayisələri əhatə edən tədqiqat hesabatı təqdim edilib.

Müzakirələrdə elektron kommunikasiya və poçt xidmətlərində görülən işlər, infrastrukturun genişləndirilməsi, regionlarda rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması, internet keyfiyyətinin yüksəldilməsi və istehlakçı hüquqlarının qorunması üzrə mövcud vəziyyət geniş şəkildə nəzərdən keçirilib.

İctimai Şura üzvləri sahə üzrə fikirlərini, təklif və tövsiyələrini səsləndiriblər. Qaldırılan məsələlərə Agentlik rəhbərliyi tərəfindən aydınlıq gətirilib. Bildirilib ki, səsləndirilən təkliflər nəzərə alınacaq və aidiyyəti üzrə dəyərləndiriləcək.

Görüşün sonunda belə müzakirələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb və dövlət-cəmiyyət əməkdaşlığının gücləndirilməsinin prioritet olaraq qalacağı qeyd edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri