Icma.az
close
up
RU
MDU da Elm və Təhsil Nazirliyinin İctimai Şura üzvləri ilə görüş keçirilib FOTOLAR

MDU da Elm və Təhsil Nazirliyinin İctimai Şura üzvləri ilə görüş keçirilib FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində Milli Məclisin deputatı Ceyhun Məmmədov, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Universitetin akt zalında baş tutan görüşdə MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar, İctimai Nəzarət Şurasının üzvləri, eləcə də mingəçevirli məktəblilər və onların müəllimləri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Ardınca qonaqlar Mingəçevir Dövlət Universitetində təşkil olunan imtahan prosesi ilə tanış olublar. Proses zamanı imtahanların gedişi və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.

Daha sonra universitetdə yaradılan İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının açılışında iştirak ediblər. Laboratoriyada yaradılan müasir texniki və proqram təminatı qonaqlara təqdim edilib, onun iqtisadi təhlil, modelləşdirmə və proqnozlaşdırma sahəsində yaradacağı imkanlar barədə ətraflı məlumat verilib.

Tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq, elmi-tədqiqat mühitinin gücləndirilməsi və tələbəyönümlü idarəetmə prinsipləri barədə ətraflı məlumat verib. Rektor MDU-nun regionun intellektual və elmi mərkəzi kimi rolunun getdikcə artdığını vurğulayıb, gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanlardan bəhs edib.

Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri - prof. Hikmət Əlizadə, Günay Əkbərova və Pərvanə Məmmədova çıxış edərək ali təhsildə keyfiyyət, ictimai nəzarətin rolu, tələbə-müəllim münasibətləri və universitetlərin cəmiyyətlə əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda MDU-da yaradılan müasir tədris və elmi infrastrukturun müsbət dəyərləndirildiyi bildirilib.

Tədbir çərçivəsində Mingəçevir Dövlət Universitetinin Türkiyə və Qazaxıstan universitetlərinə qəbul olunan 10 tələbəsinə beynəlxalq mübadilə proqramı üzrə gediş biletləri təqdim edilib. Tələbələrə gələcək akademik fəaliyyətlərində uğurlar arzulanıb, onların beynəlxalq təhsil mühitində MDU-nu layiqincə təmsil edəcəklərinə inam ifadə olunub

Daha sonra 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bütün fənlər üzrə 100 bal toplayan 8 tələbə və 6 magistrantın təltif edilməsi həyata keçirilib. Fərqlənən təhsilalanlar sertifikatla təltif olunublar. Bildirilib ki, yüksək nəticə göstərən tələbə və magistrantlara universitet rektorunun “Fəxri təqaüdü” təqdim olunacaq

Tədbir çərçivəsində Mingəçevir Dövlət Universiteti və “Techera”nin birgə təşkilatçılığı ilə keçirilən Regional Riyaziyyat Olimpiadasının Mingəçevir şəhəri üzrə mərhələsinin qalibləri və fərqlənən məktəbliləri də təltif olunublar. Olimpiadada yüksək nəticə göstərən məktəblilər diplom, sertifikat və hədiyyələrlə təltif olunub, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanılıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib, sonda xatirə fotosu çəkilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri