Icma.az
close
up
RU
İKTA da operator və provayderlərlə növbəti görüş keçirildi FOTO

İKTA da operator və provayderlərlə növbəti görüş keçirildi FOTO

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş baş tutub.

"Unikal" xəbər verir ki, bu istiqamətdə ilk görüş cari ilin 22 may tarixində keçirilmişdi. Həmin görüşdə internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, şəbəkələrin texnoloji yenilənməsi və ümumilikdə sektoral inkişafla bağlı qarşıya qoyulmuş hədəflər müzakirə edilmişdi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn prioritetlər diqqətə çatdırılmışdı. Toplantının nəticəsi olaraq bu tipli görüşlərin, seminarların və təlimlərin mütəmadi keçirilməsi qərara alınmışdı.

Budəfəki görüşün məqsədi isə ötən müddət ərzində operator və provayderlərin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün gördükləri hazırlıq işlərinin vəziyyəti, çətinlikləri və cari texnoloji vəziyyətin müzakirəsi olub.

Görüş zamanı çıxış edən İKTA nümayəndələri internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb, “Ookla Global Index” üzrə beynəlxalq mövqelər və müvafiq statistika ilə bağlı təqdimat ediblər. Həmçinin şəbəkələrin modernləşdirilməsi, “Ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) və simsiz texnologiyaların yeni nəsil texnologiyalarla əvəzlənməsinin zəruriliyi diqqətə çatdırılıb.

İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.

Bu səbəbdən İKTA həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb. İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.

Sonda operator və provayder nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların ünvanladıqları suallar cavablandırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri