Icma.az
close
up
RU
İKTA dan çoxmənzilli binaların sakinlərinə çağırış

İKTA dan çoxmənzilli binaların sakinlərinə çağırış

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet operator və provayderini sərbəst seçmək hüququnun pozulması ilə bağlı müraciətlərə həssas yanaşır.

"Unikal" xəbər verir ki, internet xidmət provayderləri və vətəndaşlar tərəfindən daxil olan son müraciətlərdə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış kompleksində qeyri-sağlam rəqabətin olması və bəzi bazar iştirakçılarına üstünlüyün verilməsi ilə bağlı iddialar səsləndirilib.

Bu şikayətləri nəzərə alaraq, İKTA həmin ünvanda fəaliyyət göstərən operator və provayderlərlə müzakirələr aparıb, onların nəzərinə abunəçilərin hüquqlarının məhdudlaşdırılmasının yolverilməz olduğu çatdırılıb.

Görüş zamanı qeyd edilib ki, son zamanlar Agentliyə çoxmənzilli yaşayış binalarında sakinlərin (abunəçilərin) keyfiyyətli telekommunikasiya (telefon və internet) xidmətlərindən tam istifadəsinə maneələrin yaradılması ilə yanaşı, bir çox binalarda operator və provayderlərə ayrıseçkilik nümayiş etdirilməklə süni maneələrin yaradılması barədə məlumatlar daxil olmaqdadır.

İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Operatorların, provayderlərin və istehlakçıların mənafeyinə zidd olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olan digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində də qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində İKTA tərəfindən müvafiq addımlar atılacaq.

İKTA vətəndaşları və provayderləri fəal olmağa, müvafiq halla rastlaşdıqda rəsmi şikayətlə İKTA-ya müraciət etmələrini tövsiyə edir.

Eyni zamanda bildirilir ki, 2023 – 2024-cü illər ərzində qeyd edilən məsələlərlə bağlı internet operator və provayderləri tərəfindən İKTA-ya 30-a yaxın müraciət daxil olub və Agentliyin aidiyyəti strukturlarla birgə atdığı addımlar nəticəsində bu müraciətlərin əksəriyyəti müsbət həllini tapıb. Bir sıra müraciətlərlə bağlı isə işlər davam etdirilir.

Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazid olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see248

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see209

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see187

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see180

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see178

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see176

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see176

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see174

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see166

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see162

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see155

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see150

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see148

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see142

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see142

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri