İKTA internet provayderlərinin fevral üzrə internet sürət göstəricilərini dərc edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin fevral ayı üzrə internet sürət göstəricilərini dərc edib.
İKTA-dan AZƏRTAC-a bildirilib ki, “Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Fevral 2026 Təhlili” agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Fevral ayı üzrə təqdim edilən hesabat əvvəlki aylardan fərqli olaraq internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.
- Çox yüksək sürət — 150+ Mbps Çox yüksək performans təqdim edən provayderlər.
- Yüksək sürət — 101–149 Mbps Yüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər.
- Orta sürət — 50–100 Mbps Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.
- Aşağı sürət — 1–49 Mbps Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər.
Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Kateqoriyalar “Ookla Speedtest Intelligence”platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.
Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:
- median yükləmə sürəti 91,38 Mbps,
- median yükləmə sürəti (upload) 93,12 Mbps,
- median gecikmə (latency) 4 ms təşkil edib.
İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:
- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,
- provayderlər arasında sağlam rəqabətin təşviqinə,
- istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə mühüm töhfə verir.
Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 Mart 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















