Icma.az
close
up
RU
İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlillərinin may buraxılışını təqdim edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ötən aydan başlayaraq İKTA-nın mütəmadi dərc etdiyi “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı regionlar üzrə strukturlaşdırılmış formada təqdim olunur.

Yeni yanaşmanın məqsədi regionlar üzrə internet xidmətlərinin vəziyyətini daha şəffaf şəkildə göstərmək, istifadəçi təcrübəsinin müxtəlif coğrafiyalar üzrə müqayisəsini aparmaq, bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin artırılmasını təşviq etməkdir.

Təqdim olunan göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Bununla da, İKTA elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumatəsaslı monitorinq və analitik hesabatlılıq alətlərinin əhatə dairəsini daha da genişləndirib.

Hazırda Agentlik aşağıdakı istiqamətlər üzrə mütəmadi indeks və təhlilləri ictimaiyyətə təqdim edir:

sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;

internet xidmətləri üzrə şikayət indeksi;

operator və provayderlərin müraciətləri orta cavablandırma müddəti üzrə indeks;

poçt xidmətləri üzrə şikayət indeksi;

poçt operatorlarının müraciətləri orta cavablandırma müddəti üzrə göstəricilər.

Bu yanaşma telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi təcrübəsinin ölçülməsi və məlumatəsaslı tənzimləmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqi və məlumatların analitik əsasda ictimaiyyətə təqdim olunması davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri