Icma.az
close
up
RU
İKTA internet sürət göstəricilərini dərc etdi

İKTA internet sürət göstəricilərini dərc etdi

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet üzrə provayderlərin internet sürət göstəricilərini qlobal internet performans qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında yeni formatda dərc edib.

"Unikal" xəbər verir ki, İKTA “Ookla” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üzrə sabit genişzolaqlı internet xidmətlərinə dair sürət hədlərini (“Speedtest Intelligence” məlumatları əsasında) yeni vizual formatda rəsmi internet səhifəsində təqdim edib.

Dərc olunmazdan əvvəl İKTA və “Ookla” arasında təqdimat formasının metodoloji uyğunlaşdırılması və məlumatların standartlaşdırılması üzrə birgə iş aparılıb. Ölçmə metodologiyası və nəticələr “Ookla” şirkətinin məhsulu olduğu üçün bu istiqamətdə aparılan bütün fəaliyyət şirkətlə razılaşdırılıb. 

Yeni təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan provayderlərin median internet sürətinə əsasən üç kateqoriyaya bölünüb:

? Yüksək Sürət — 90+ Mbps

Yüksək sürət təqdim edən provayderlər.

? Orta Sürət — 50–89 Mbps

Orta sürət təqdim edən provayderlər.

? Aşağı Sürət — 1–49 Mbps

Aşağı sürət  təqdim edən provayderlər.

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın, qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir. Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən təsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla” tərəfindən qeydə alınan  bütün

provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü (Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan yaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və analitik monitorinqin genişləndirilməsini planlaşdırır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri