Icma.az
close
up
RU
İKTA onlar üçün təlim təşkil etdi FOTO

İKTA onlar üçün təlim təşkil etdi FOTO

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizdə fəaliyyət göstərən internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin əməkdaşları üçün keçirilən təlimlər davam etdirilir.

"Unikal" xəbər verir ki, Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mütəxəssislərinin iştirakı ilə reallaşan növbəti təlimdə iştirakçılara Agentliyin təqdim etdiyi elektron xidmətlər və tətbiq edilən həllərdən biri olan hesabat doğrulama aləti haqqında məlumat verilib.

Bildirilib ki, İKTA-nın elektron xidmətlərindən biri məlumat toplama sistemidir. Bu sistem vasitəsilə internet telekommunikasiya xidməti göstərən operator və provayderlər tərəfindən öz fəaliyyətləri haqqında təqdim edilən məlumatlar tənzimləyici qurumun internet telekommunikasiya bazarı ilə bağlı dolğun məlumatlı olmasına, istehlakçı hüquqlarının qorunması və bərabər mühitin formalaşdırılmasına şərait yaradır.

Həmçinin qeyd edilib ki, operator və provayderlərin təqdim etdikləri məlumatların səhihliyinin avtomatik yoxlanılması üçün İKTA əməkdaşları innovativ metodlara əsaslanan xüsusi həll istifadəyə veriblər. Həmin həll qəbul edilən məlumatların qısa zamanda operativ və obyektiv yoxlanılmasına imkan verir.

Eyni zamanda təlim vaxtı tənzimləyici qurum tərəfindən tətbiq edilən yeniliklərin istifadə imkanları praktik olaraq nümayiş etdirilib, iştirakçıları bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb.

Xidmət keyfiyyətinin yaxşılaşdırılması və ədalətli tənzimlənmənin tətbiqi naminə belə təlimlərin davamlı olması qərara alınıb.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri