Icma.az
close
up
RU
İKTAnın elan etdiyi yazı müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı açıqlandı

İKTAnın elan etdiyi yazı müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı açıqlandı

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən elan edilmiş “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinə qeydiyyat mərhələsi başa çatıb.

"Unikal" xəbər verir ki, 2024-cü il 23-30 dekabrda keçirilən qeydiyyat mərhələsində ümumilikdə 56 iştirakçının müraciəti uğurla tamamlanıb.

Qeydiyyatdan keçən iştirakçıların mövzular üzrə məlumatlılığının daha da artırılması məqsədilə növbəti həftə ərzində İKTA mütəxəssisləri tərəfindən təlim xarakterli görüşlər keçiriləcək.

Müsabiqəyə yazıların təqdim edilməsi üçün son tarix 2025-ci il yanvarın 31-i müəyyən edilib. Belə ki, iştirakçılar qeyd edilən tarixə qədər müsabiqə üçün yaradılmış müvafiq linkə daxil olaraq yazılarını sistemə yükləyə bilərlər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir.

Qeydiyyatdan keçən iştirakçılar “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzularından birini seçərək yazı hazırlamalıdırlar.

Təqdim ediləcək yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.

Eyni zamanda müsabiqə iştirakçılarına dəstək üçün növbəti həftə (14-15 yanvar) seminarların keçirilməsi nəzərdə tutulur. Seminarda müsabiqə mövzuları ətrafında iştirakçıların sualları cavablandırılacaq və metodiki yardım göstəriləcək. Məqsəd predmet üzrə araşdırmaların düzgün istiqamətdə aparılmasına dəstək olmaqdır.

Müsabiqə şərtləri ilə burada tanış olmaq mümkündür.

Xatırladaq ki, müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşları və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalibləri İKTA tərəfindən təqdim ediləcək mükafat və qiymətli hədiyyələr gözləyir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see182

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see140

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

ABŞ da universitetdə atışma olub, ölən var YENİLƏNİB

10 Dekabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri