Icma.az
close
up
RU
İlahinin Siyasi Partiyası və Mürşidi

İlahinin Siyasi Partiyası və Mürşidi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gözəlim Azərbaycanda təzadlar mümkün qədər diqqəti cəlb edir. Ən maraqlı təzad isə... Şüurda Türklüyün və Türkçülüyün hakim olduğu ölkədə bu Təfəkkürün ən qənirsiz daşıyıcılarından biri... Mir Mahmud Mirəli oğlu Fəttayevdir!
Bildiyiniz seyid, yəni! Siaysi opponentləri həmən də replika atmağa hazır, amanabənd – seyid necə Türk ola bilər? Amma Mir Mahmud Mirəli oğlu hamıya sübut etdi ki, bu ölkənin Böyük Türkünün özünə də ən sədaqətli, ən Böyük Türkün yolunu da ən sadiq, ən layiqli davamçı da elə Mir Mahmud Mirəli oğludur! Çox deyən var “Elçibəy yolundayıq”, fəqət heç qəbrini ziyarəti düz-əməlli sərgiləyə bilmirlər – hay-qırğın düşür! Ancaq Mir Mahmud Mirəli oğlu bu ziyarəti 25 ildir səssiz-səmirsiz edir və heç dava da düşmür, qırğın da salmır!
Mir Mahmud Mirəli oğlu bu ölkədə əlində olan mandatdan saxtakarlığa görə imtina edən ilk deputatdır! Mir Mahmud Mirəli oğlu bu ölkədə siyasi əxlaqı və təmkini qənirsiz nümayiş etdirən ilk və hələ də son siyasi partiya sədridir – trol ordusu, feyk profillər, stolaltı, pərdəarxası, gecə görüşləri onluq olmayıb, deyil, ola da bilməz!
“Elçibəy yolundayam” deyənlər manatı öpüb möhür yerinə səcdəyə getməkdə, amma Mir Mahmud Mirəli oğlu hələ də hər gün qıldığı namazında mürşidinı səcdədə və hesabatda, dualarını yollamaqda!
Mir Mahmud Mirəli oğlu siyasi ömründə daha çox itkilərə məruz qalıb, fəqət biz onu bu itkilər üstündə alver yapan, manipulyasiya edən görmədik! Mir Mahmud Mirəli oğlu öz dərdini özünün və evinin içində çəkməklə, tutduğu yolun acılarını-problemlərini “yetmiş iki şühədasıyla” birgə meydanlarda cavablamaqda – siyasi etirazı haracan və harda eləmək olarsa, o meydanın tribunasından əskik olmayıb!
Əslində, Mir Mahmud Mirəli oğlu mənsub olduğu şəcərənin özü bir siyasi partiya: İlahidən! Azərbaycanda heç sistem dəyişməsəydi də, demokratik təsisatlar yaranmasaydı da, Mir Mahmud Mirəli oğlu tək canına bir partiya və onun sədri olaraq, beyət ünvanı olardı! Tanrı Ona və şəcərəsinə seçilmişlik, varlığına isə müxalif yaradıb ta əzəldən...
qalanlarını: Müaviyədən-Yeziddən Leninə-Stalinə qədər hamısını!
Hər dəfə Azərbaycan siyasi mühitində şeşələnmələri görəndə - ana müxalifət, hakim iqtidar, konstruktiv müxalifət partiyası və s. - Xəfif bir təbəssüm yaranır üzümdə: adam 72 nəfərlə özündən 720 dəfə artıq qoşunu olan düşmənlə üz-üzə duran soyun təmsilçisi, a bala! Adam öz haqqını 25 il gözləyən həzrəti-Əlinin soyundan! Adam müqəddəs olanların çatdırılması üçün müvəkkil olan şəcərənin xələfi! Adam bütün üstünlüklərə baxmayaraq, davasını hakimiyyətə gəlmək üçün yox, İlahidən olanı çatdırmaq üçün aparan bir nəslin yadigarı! “İnna lillahi və inna iləyhi raciun”u anlayanların partiyasından! Bir var Yer üzündə hakimiyyət üçün mübarizə aparasan və hakimiyyət əldə edəsən, bir də var Hakimi-mütləqin öz yanına qayıdasan və O-nun vilayətində yaşamaq haqqına hakim olasan!
Mən Mir Mahmud Mirəli oğlunun ata yurdunda olmuşam – 25 il qabaq! O gündən anlamışam: müqəddəs ocaqdan pərvazlanan Ağa nə deyirsə, nə edirsə, o ocağın müqəddəsliyinə xələl gətirmədən, xələl gəlməməsi üçün edir! Əgər kiməsə elə gəlirsə ki, Ağa yanlış etdi, deməli, başa düşmür ki, Ağa bu “yanlış”ı İlahi Düzlüyün xilası naminə edib. Biz zaman-zaman bu dünya malına, sərvətinə, hakimliyinə bizi səsləyənlərin dalınca getmişik, çünki Yerə bağlı olanlarıq! Mir Mahmud Ağa bizə, ilk növbədə, həqiqi Hakimin, ilkdən ilk olan ilk sərvətin-malın-mülkün sahibliyini unutmadan mübarizə aparmağın fəzilətini daddırır!
Mir Mahmud Ağa bu bulaşıq siyasi həyatın ehsan qazanlarına dilənçi payı üçün boşqab uzatmayan, ölü və diri məclislərində bir oturumluq yer üçün sədəqə ummayan, cəddinə - ideyasına, siyasi mübarizə ağasına -liderinə əzadarlıq üçün nəzir qutusu qoymayan istisna və tək ismi-şərif! İstər vətəndaş həyatı, istərsə də siyasi həyatı İlahinin ayırdığı ömür payında nə qədər döngə-dönəmli, labirint kimi çıxılmaz, postulat kimi açılmaz olsa da, Tanrı ona təmiz adını qorumaq üçün həmişə yardımçı olub: bir vaxtlar Mir Əli babası üçün “Maral pocası”nı əta etdiyi kimi!
Azərbaycan Dövlət olaraq da, Xalq olaraq da siyasi təbəddülatlardan diri çıxdı – artıq “dartmayaxamcırıldı”, “saçyoldu”, “üzcırdı” prosesləri keçmişdə qaldı. Daha Kufənin imamının şahid tamaşasına ehtiyac yox. Bu isə o deməkdir ki, bizim siyasi partiya və lider institutumuz ömrünü bağışlamaqda! Bəlkə də təəssüf etmək olar – təəssüf etməmək üçün Musanın Xızr İlyasa şəyirdliyini Qurandan oxumaq da yetərli olar!
Ancaq “Siaysi partiyalar haqqında” Qanuna güvənib nələrsə etmək artıq gecdir! Odur ki, qətiyyətlə demək olar: haçansa bu xalqın qiyamət günündə siyasi liderlərini məhşərə çəkəndə yaxası əllərdə olmayan tək lider Mir Mahmud Mirəli oğlu olar! Nə seyid cəddinə arxayın olub, nə də siyasi liderinin adından alver edib! Digərlərindən fərqli olaraq, etirazını da açıq edib! Düzdür, real olaraq, başı kəsilməyib, nizəyə keçirilməyib, rəsmən həbsə alınmayıb, ancaq hamımız bilirik ki... hamının başı kəsilib, nizəyə keçirilib, qeyri-rəsmi həbsə alınıb! Təkcə... Mir Mahmud Mirəli oğlu, köhnə “Villis”ində Yurd yerinə-Ata Ocağına- Şəcərə Ziyarətinə sərbəst gedə bilir!
Azərbaycan siyasi həyatı olmayan ölkədir! Belə ölkədə ümid ancaq Tanrıya-İlahiyə qalır! İlahinin partiyası isə... hələlik Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyə, Siyasi Hakimiyyətə sahiblənməyə iddialı deyil! Tanrı Yer üzündə və Azərbaycanda öz hakimiyyətini Qiyamət Gününə vəd edib! Qiyamət Günündə Söz Sahibi olanlardan birimiz və birincimiz isə... Mir Mahmud Mirəli oğludur! Hesabınızı götürün!
Aydın Can

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri