İlahiyyat İnstitunda diplomların verilməsi niyə gecikir? Dövlət Komitəsi açıqladı
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan İlahiyyat İnstitutunun ötən ilki məzunlarının bir hissəsinə diplomlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilirdi ki, bu təhsil ocağındakı kadr çatışmazlığı ilə bağlıdır.
Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun 2023/2024-cü tədris ili məzunlarına diplomların təhvil verilməsi ilə bağlı 2024-cü ilin noyabr ayında elan verilib.
“Ötən müddət ərzində müraciət edən məzunlara diplomlar təqdim olunub. Bir neçə nəfər müəyyən səbəblərdən diplomunu təhvil almaq üçün müraciət etməyib. Diplomların verilməsində ləngimələrin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Məsələ İnstitut rəhbərliyinin diqqət mərkəzindədir”, - deyə Dövlət Komitəsindən bildirilib.
Komitədən əlavə məlumat üçün bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları sırasında Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakının bir sıra məscidlərində din xadimi, imam müavini və qadın dini ayinlərinin icraçısı kimi fəaliyyət göstərən məzunlar var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















