Icma.az
close
up
RU
İlahiyyat İnstitutunda şəhidin həyatından bəhs edən film nümayiş olunub

İlahiyyat İnstitutunda şəhidin həyatından bəhs edən film nümayiş olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhid Rəşad Zeynallının ailəsi, Aİİ-nin və Bakı İlahiyyat Kollecinin kollektivi iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra İlahiyyat fakültəsinin II kurs tələbəsi Cəlal Cəfərli tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.

Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib.

Rektor Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək, məğlubedilməz Ordumuzun, bütövlükdə xalqımızın bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini nəzərə çatdırıb.

A.Şirinov deyib: “Biz Azərbaycanın necə qüdrətli dövlət, yenilməz xalq olduğunu bütün dünyaya göstərdik”.

Aİİ rəhbəri daha sonra vurğulayıb ki, erməni vandalları tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş əzəli və əbədi torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yenidənbərpanın, doğma yurdlarına qayıdan insanların sevincinin şahidi oluruq.

Şəhid atası Qiyas Zeynallı oğlu Rəşad Zeynallı haqqında məlumat verib, onun haqqında xatirələrini mərasim iştirakçıları ilə bölüşüb.

Tədbirdə şəhid Rəşad Zeynalının həyatından bəhs edən “Rəşadətli ömür” filmi nümayiş olunub. Film şəhid Rəşad Zeynallının valideynlərinin arzusu, məktəb kollektivinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çəkilib.

Filmin ideya müəllifi Emilya Səfərəliyeva, quruluşçu rejissoru Elmar Əli Oruc, ssenari müəllifi Çimnaz Ağakişiyevadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri